Görmə keyfiyyətini yaxşılaşdırmaq üçün BEŞ SADƏ VƏRDİŞ

Görmə keyfiyyətini yaxşılaşdırmaq üçün BEŞ SADƏ VƏRDİŞGündəlik həyatda tez-tez unuduruq ki, görmə qabiliyyətimiz sadə, lakin vacib gündəlik vərdişlərdən asılıdır. Lakin bir neçə addım görmə qabiliyyətini qorumaqla yanaşı, onu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı oftalmoloq Anton Kazantsev görmə üçün ən vacib vərdişlərdən danışıb.

20-20-20 qaydası:

Əgər gündə 2 saatdan çox kompüter qarşısında vaxt keçirirsinizsə, gözləriniz gərginlikdə olur. Hər 20 dəqiqədən bir ekrandan uzaqlaşın və 20 saniyə 20 metr məsafədəki obyektə baxın. Bu, göz yorğunluğunu azaldır və miopiyanın qarşısını almağa kömək edir.

Şüurlu göz qırpma:

Monitor arxasında işləyərkən insanlar gözlərini normaldan 5 dəfə az qırpır ki, bu da quru göz və qızartıya səbəb olur. Saatda bir dəfə 10-15 dəfə yavaş və tam göz qırpmağı vərdiş edin. Bu, göz yaşının bərpasını təmin edir.

İşıqlandırmanın düzgün tənzimlənməsi:

Zəif işıqda oxumaq görməni korlamır, amma parlaq ekranla qaranlıq otaq arasındakı fərq gözlərə zərər verir. İdeal həll ekran və fon işığının eyni parlaqlıqda olmasıdır.

Gözlər üçün düzgün qidalanma:

Yerkökü faydalıdır, amma əsas qoruyucu deyil. Görmə üçün faydalı olan lütein və zeaksantin adlı piqmentlər ispanaq, yumurta və avokadoda, omeqa-3 yağ turşuları isə yağlı balıqlarda (qızılbalıq, skumbriya) var. Omeqa-3 quru göz sindromu riskini 30% azaldır.

Gözlər üçün hərəkət və məşq:

Göz əzələlərinə də məşq lazımdır. Məsələn, gözlə "səkkizlik" çəkmək və yaxına-uzağa fokuslanmaq qan dövranını və büllur linzanın çevikliyini yaxşılaşdırır. Müntəzəm kardio məşqləri (qaçış, üzmə) gözdaxili təzyiqi, bu isə qlaukoma riskini azaldır.

Həkimin əlavə etdiyi vacib məsləhətlər:

- Ekranın uzaq və yuxarı kənarının göz səviyyəsində olmasına diqqət edin, bu boyun və göz yükünü azaldır.

- Heç vaxt çirkli əllərlə gözlərinizi ovuşdurmayın, infeksiya riski yüksəkdir.

- Görmə ilə bağlı narahatedici simptomlar - işıq parıltıları, xətlərin əyilməsi, kəskin görmə zəifləməsi yaranarsa, dərhal mütəxəssisə müraciət edin.

"Bu sadə, lakin effektiv vərdişlər sayəsində görmə sağlamlığınızı qorumaq və yaxşılaşdırmaq mümkündür", - deyə həkim sözlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 937   Tarix: 11 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr