Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Enşteyn təcrübəsi?

Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Enşteyn təcrübəsi?1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla əhatə olundu, sonra isə birdən yoxa çıxdı. Bu vaxt heyət ağıllarını itirdi, bədənləri gəmi ilə birləşdi.

"Ölkə.az" xəbər verir ki, 1943-cü ildə baş vermiş Filadelfiya Təcrübəsinin həqiqi olub-olmaması bu gün də müzakirə olunur.

Bəs, hadisənin arxasında nə dayanır?

Cavabı burada.

Hər şey 1943-cü ildə ABŞ-nin Pensilvaniya ştatına bağlı Filadelfiya şəhərində Amerika donanmasının Filadelfiya Təcrübəsini keçirdiyi barədə iddiaların ortaya çıxması ilə başladı. Təcrübə donanmanın qoruma destroyeri olan DE 173 sinifinə aid 1240 tonluq USS "Eldridge" adlı döyüş gəmisinin radar siqnallarına görünməz hala gətirilməsi məqsədilə aparılmışdı. Təcrübə zamanı gəmi yaşıl-mavi işıqla əhatə olunub birdən yoxa çıxıb. Bir neçə dəqiqə ərzində isə 600 km-dən çox məsafəyə gedərək saniyələr içində Norfolk Virciniyada bir gəmi təmir zavodunda peyda oldu. Yəni ABŞ donanmasına aid gəmi yoxa çıxıb, başqa limanda ortaya çıxıb və yenidən geri dönmüşdü.

Fikrin əsnasında Enşteyn var

Təcrübənin keçirilmə ehtimalından ilk danışan şəxs Morris K. Jessup idi. Jessup həvəskar astronom idi və UFO-lar üzərində apardığı araşdırmalarla tanınırdı. Təcrübə ilə marağı isə 1955-ci ildə əlinə keçən bir məktubla başladı. Məktub, Carlos Miguel Allen adlı şəxs tərəfindən yazılmışdı və təcrübədən geniş bəhs edirdi. Allen iddia edirdi ki, o, təcrübəyə müşahidə gəmisində iştirak edən "SS Andrew Furuseth" adlı gəmidə xidmət edən bir dənizçi idi və təcrübənin bütün mərhələsinə şahid olmuşdu. Gəminin gözləri qarşısında yoxa çıxdığını bildirən Allen təcrübənin Enşteyinin "birgə sahə nəzəriyyəsi" əsasında keçirildiyini və bunun nəticəsində heyətin ağır itkilər verdiyini iddia edirdi.

Məqsəd optik görünməzlik imiş

Enişteynin "Birgə Sahə Nəzəriyyəsi" sadəcə obyektlər arasındakı cazibə və elektromaqnetizm prinsiplərinə əsaslanırdı. O, 1920-ci illərdən etibarən bu nəzəriyyə üzərində çalışıb, 1925-1927-ci illərdə Almaniyada bir fizika jurnalında tədqiqatlarını yayımlayıb, lakin işlərini heç vaxt tamamlamayıb. İddiaya görə, təcrübə işləri 1930-cu ildə Çikaqo Universitetində başlamış, bir il sonra Princeton Universitetində davam etdirib. Hətta Albert Enişteyn ilə yanaşı, Dr. John von Neumann və Dr. Nikola Teslanın da layihədə zaman-zaman iştirak etdiyi iddia edilib. "Birgə Sahə Nəzəriyyəsi"nin təcrübədə tətbiqi isə "gəminin üzərinə güclü elektromaqnetik sahə yaradaraq işıq və radar siqnallarını qırmaq və ya əyməklə optik görünməzlik təmin etmək" kimi planlaşdırılmışdı.

Təsadüfi olaraq maddənin işıqlanması gerçəkləşdi

Bu məqsədlə 75 VA gücündə iki böyük generator gəminin ön top taretlərinin altına quraşdırıldı, oradan gəminin göyərtəsinə 4 maqnit şüası yayılacaqdı. 3 RF vericisi, hər biri 2 meqavat gücündə olan CW tipindəydi və onlar da göyərtəyə quraşdırılmışdı. 3000 ədəd 6L6 güc artırıcı tüp, iki generatorun yaratdığı enerjini yayacaqdı. Xüsusi modulyasiya dövrələri digər avadanlıqların yaratdığı kütləli elektromaqnetik sahələri idarə edir, qırılmış şüalar və radio dalğaları gəmini əhatə edirdi. Nəticədə gəmi düşmən müşahidəçiləri üçün görünməz olmalı idi. Məqsəd görünməzlik idi, lakin iddiaya görə donanma bu təcrübədə təsadüfən maddənin işıqlanmasını həyata keçirmişdi.

Əsgərlər yoxlamağı rədd etdi

Allen məktublarında, yaşıl işıqla əhatə olunan gəminin bir neçə dəqiqə sonra tamamilə yox olduğunu, sonra isə başqa limanda peyda olduğunu yazmışdı. Lakin ABŞ Donanması bu iddiaları açıq şəkildə təkzib etdi. Donanmanın rəsmi qeydlərinə görə, Eldridge təcrübənin keçirildiyi vaxtda Filadelfiyada belə olmayıb. Həmçinin həmin dövrdə gəmidə xidmət edən əsgərlər belə bir təcrübəyə şahid olmadıqlarını bəyan etdilər. Buna baxmayaraq, Allenın hekayəsi bir çox insanlarda şübhə yaratdı və təcrübənin üzərindəki sirr illərlə davam etdi.

Film də çəkildi

Ən çox danışılan iddialardan biri, təcrübənin heyət üzvlərinə təsiri idi. İddiaya görə, bəzi əsgərlər ciddi xəstələndi, bəziləri psixoloji problemlər yaşadı, bəziləri isə gəminin metal gövdəsi ilə birləşdi. Həyatında canlı şəkildə gövdəyə yapışan əsgərlər olduğu iddia edildi. Bu kimi hekayələr təcrübəni qorxu elementi halına gətirdi. Xüsusilə 1984-cü ildə çəkilən "The Philadelphia Experiment" filmi ilə bu səhnələr kollektiv yaddaşda canlandı. Lakin gəminin heyəti hadisələrin əsassız olduğunu dəfələrlə bildirdi. Gəmi qeydlərində belə bir hadisəyə dair heç bir məlumat yox idi.

Allen çox etibarlı şəxs deyildi

Filadelfiya Təcrübəsinin ortaya çıxmasında əsas rol oynayan Carl M. Allen, bir çox mənbəyə görə etibarlı biri deyildi. Çünki fərqli zamanlarda eyni hadisəni həm təsdiqləmiş, həm də inkar etmişdi. Məktublarındakı qarışıq hərflər, nizamsız yazı tərzi və bəzən "Mən uydurdum" kimi açıqlamalar verməsi onun ya diqqət çəkmək istədiyini, ya da psixoloji problemləri olduğunu göstərirdi.

Görünməz deyil, amma...

"Gökkuşağı Layihəsi" (Rainbow Project) adı ilə də tanınan bu təcrübə 1984-cü ildə filmə çəkilənə qədər ciddiyə alınmamışdı. Lakin o vaxtdan bu yana rəsmi qurumlar dəfələrlə inkar etməsinə baxmayaraq, ən çox maraq doğuran mövzulardan biri olaraq qalır.

Bəs əslində nə baş vermişdi?

Allenın iddialarına qarşı elmi araşdırmalar göstərir ki, USS Eldridge görünməzlik yox, maqnit torpidolara qarşı "degaussing" adlı müdafiə sistemi ilə təchiz edilmişdi. Bu sistem gəminin maqnit izini silərək düşmən torpidolarından qoruyurdu. Bu prosesdə istifadə olunan yüksək gərginlikli kabellər xaricdən gəmi ətrafında işıq və parıltı yaranmasına səbəb ola bilirdi. Bundan əlavə, yaşıl-mavi işıq hadisəsi gəmidə tez-tez müşahidə olunan "St. Elmonun Atəşi" adlı atmosfer hadisəsi ilə də izah oluna bilər. Norfolk və Filadelfiya arasındakı daxili su yolları sayəsində gəminin saatlarla yer dəyişməsi də mümkün idi. Beləliklə, iddiaların çoxu elmi və logistika baxımından açıqlana bilirdi.(milli.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 712   Tarix: 11 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kleopatra həqiqətən ilan səbəbindən ölüb?

Tarixin ən çox müzakirə olunan qadın fiqurlarından biri olan Kleopatra Miladdan əvvəl 30-cu ildə vəfat edərkən arxasında minilliklər boyu davam edən bir sirr buraxıb. Roma İmperiyasının yüksəlişi qarşısında dayanmaqda çətinlik çəkən və Aktium döyüşündəki məğlubiyyətdən sonra çətin vəziyyətə düşən kraliçanı

6 may
.

Yer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama

Sakit okeanda, Vankuver adası sahillərində Şimali Amerika tavasının altına Xuan-de-Fuka və Eksplorer plitələrinin çökməsi (subduksiya) prosesi hazırda qeyri-adi şəkildə davam edir. Bu geoloji dəyişiklik uzaq gələcəkdə planet üçün ciddi təhlükələr yarada bilər. xəbər verir ki, bu barədə "LAD Bible"

6 may
.

Ev şəraitində cavanlaşmağın sadə üsulu tapılıb

Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Belə ki, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moni

4 may
.

Çiçəklər olan suya bunu atın - İNANMAYACAQSINIZ

Güldana atılan mis sikkənin çiçəklərin ömrünü uzatdığı fikri qismən doğrudur. Mis ionları bakteriyaların çoxalmasını zəiflədir, lakin bu effekt yalnız yüksək tərkibli həqiqi misdə mümkündür. xəbər verir ki, müasir sikkələr isə əsasən sink və ya poladdan hazırlanır və çox az mis ehtiva edir. Buna gör

2 may
.

Nevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı

"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir". xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya -ya açıqlamasında bildirib. Həkim izah edib ki, insan beyni plastikdir: yüklənmə təsiri altında o, idman zalında məşq edən əzələlər kimi fiziki olara

4 may
.

Alimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar

Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind

6 may
.

"Vilyareal" klubundan gözlənilməz qərar

İspaniyanın "Vilyareal" klubu cari mövsümün sonunda baş məşqçi Marselino Toralın komandanı tərk edəcəyini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə klub "X" sosial şəbəkəsindəki hesabında yaydığı bəyanatda bildirib. "Bu klub və onun azarkeşləri üçün etdiyin hər şeyə görə sən

4 may
.

Qadın gecə 3-də evə gələn ərini belə CƏZALANDIRDI - VİDEO

Gecə saatlarında baş verən ailə hadisəsi sosial şəbəkələrdə geniş müzakirə doğurub. xəbər verir ki, gecə saat 3 radələrində evə qayıdan kişi gözləmədiyi reaksiya ilə qarşılaşıb. Həyat yoldaşı qapını açmaqdan imtina edib və ərini qapı arxasında saxlayıb. Hadisə zamanı ər-arvad arasında qapı arxasında

3 may
.

Faydaları sizi heyrətləndirəcək!

Reyhan min bir dərdə şəfa verən bitki kimi tanınır. "Qafqazinfo" xəbər verir ki, 2500 ildən çoxdur Yaxın Şərq və Aralıq dənizi hövzəsində dərman məqsədilə əkilən reyhan, sağlamlıq üçün bir çox faydalara malikdir. Vətəni Hindistan olan bu bitki acı, kəskin, lakin dadı ilə seçilir və yalnız qid

5 may