Üzeyir Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi? - TARİX

Üzeyir Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi? - TARİXAzərbaycanın görkəmli bəstəkarı, dirijoru və musiqişünası Üzeyir bəy Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi?

Bəri başdan deyək ki, bu fakt mətbuatda və ensiklopedik mənbələrdə işıqlandırılıb.

Biz, yazımızda diqqəti əsasən onun "nəşr il"inin bəzən yanlış göstərilməsinə, eləcə də bu kitabın Azərbaycan dilində "ilk riyaziyyat dərsliyi" hesab edilməsinin nə dərəcədə doğru olmasına dair münasibətimizi bildirməyə yönəltmişik.

Üzeyir Hacıbəyov, "Aritmetik məsələlər toplusu" adlı "Tatar (yəni o dövrün terminologiyası ilə Azərbaycan - Y.X.) ibtidai məktəbləri üçün" Azərbaycan­dilli riyaziyyat dərsliyi (ərəb əlifbası ilə) yazıb və kitab 1908-ci ildə Bakıda Nikolayevskaya küçəsində yerləşən "Orucov qardaşlarının mətbəəsi"ndə nəşr olunub.

Lakin təəssuf ki, mətbuat yazılarında bəzən kitabın çap tarixi səhvən "1907-ci il" kimi göstərilir.

Kitabın titul səhifəsində onun qiymətinin altmış (60) qəpik olduğu qeyd olunub.

O, üç hissədən ibarət olan həmin dərsliyinin müqəddiməsində belə yazırdı:

"Mənim qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir. Çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini "nə üçün" və "çünki"siz həll edib, dəlil və sübutlar gətirməyə aciz olurlar".

Əslində dahi şəxsiyyətin ərəb əlifbasında olan kitabının adı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafik icmalında iki formada qeyd olunur:

1. Hacıbəyov Üzeyir. Əsərləri: Hesab məsələləri.
2. Hacıbəyov Üzeyir. Hesab məsələləri: İbtidai məktəblərin birinci və ikinci şöbələri şagirdlərindən ötrü lüzumlu 6 dərs kitabı

"Tərcüman" qəzetinin 28 dekabr 1908-ci il tarixli nömrəsində kitab barədə belə yazılmışdır:

"Hesab məsələləri müəllim Üzeyir Hacıbəylinin əsəridir, gözəl üsul ilə tərtib edilmişdir… Azərbaycan-türk şivəsində olduğundan məhəlli məktəblər üçün faydalı və lazımdır."

Bəzi mənbələrdə bu kitabın "Azərbaycan dilində ilk riyaziyyat dərsliyi" olduğu qeyd olunsa da, təəssüf ki, bunu dəqiq şəkildə təsdiqləyən akademik bir araşdırmaya rast gəlmədik. Lakin kitabın Azərbaycan türkcəsində yazılmış ən erkən riyaziyyat dərsliklərindən biri olmasını rahatlıqla deyə bilərik.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 925   Tarix: 15 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr