İşdə musiqiyə qulaq asmaq xeyirlidir - Alimlərdən maraqlı fakt
Bəzi musiqi növlərinin iş qabiliyyətini artırdığını araşdırmalar sübut edib. Alimlər getdikcə daha çox belə qənaətə gəlirlər ki, musiqi təkcə emosiyaları oyatmaqla kifayətlənmir, həm də əhval-ruhiyyəni məqsədyönlü şəkildə dəyişə bilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 30 min nəfərin iştirakı ilə aparılan geniş araşdırmaya görə, evdə musiqi dinləmək xoşbəxtlik səviyyəsini təxminən 11% artırır, qıcıqlanmanı isə təxminən dörddə bir azaldır.
Musiqi və məhsuldarlıq
Məhsuldarlığı artırmaq üçün ən təsirli üsul məhz özünüzün bəyəndiyi mahnıları dinləməkdir. Təcrübələr göstərib ki, ofisdə işçilərin zövqünə uyğun olmayan musiqi səsləndiriləndə iş qabiliyyəti azalır və mənəvi yorğunluq artır.
Kreativ düşüncə üçün musiqi
Psixoloq Emma Grey 50–80 zərbə/dəqiqə tempində musiqi seçməyi məsləhət görür. Bu ritm insanı alfa vəziyyətinə gətirir. Zehn sakit qalır, lakin diqqət toplanmış olur. Bu isə təxəyyül və konsentrasiyaya kömək edir.
Əhval-ruhiyyəni qaldıran musiqi
Aparılan meta-analizlər göstərir ki, sevimli mahnıları dinləmək, oxumaq və ya musiqi terapiyasında iştirak psixi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Niderlandlı nevroloq Yakob Jolia "ən xoşbəxt" mahnı nümunələrini toplayaraq müəyyən edib ki, bu mahnılar çox vaxt sürətli (140–150 zərbə/dəqiqə), majorda yazılmış, yüngül və şən mövzulu olur.
Musiqi və intellektual qabiliyyətlər
Çətin məlumatı öyrənmək lazım olduqda ən yaxşı seçim tam sükutdur. Fon musiqisi, xüsusilə sözlü mahnılar yadda saxlama prosesini pozur. Bir eksperimentdə məlum olub ki, imtahana sükutda hazırlaşan tələbələr, musiqi altında hazırlaşanlara nisbətən tapşırıqları 60% daha yaxşı yerinə yetiriblər. Əgər fon mütləq lazımdırsa, instrumental musiqiyə üstünlük verilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 695 Tarix: 16 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabr