AFFA buna görə klublara pul ödəyəcək - MƏBLƏĞ
AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki qərarına əsasən, 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq edilir.
Sonxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, bonus fondu çempionatda iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq.
Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 manat) Premyer Liqada çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 manat) qazanacaq.
Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Premyer Liqanın bütün klublarının yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.
Çempionat çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.
Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə edilən vaxtda meydana çıxan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1127 Tarix: 19 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronald Arauxo "Barselona"dan gedir
Kataloniyanın "Barselona" klubunun müdafiəçisi Ronald Arauxo tezliklə "Liverpul"un oyunçusu olacaq. xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano öz sosial şəbəkə hesablarında məlumat yayıb. Mənbənin məlumatına görə, tərəflər 27 yaşlı uruqvaylı futbolçunun bir illi
8 avqust"Qarabağ" pley-offda! - Video-Yenilənib
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da 3-cü mərhələnin cavab matçına çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək
13 avqustRonaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezlə evlənib. Axşam.az xəbər verir ki, bu barədə məlumatı futbolçu özü təsdiqləyib. Ronaldo sosial media hesabında Corcina ilə nikah üzüklərini yayımlayıb. Qeyd edək ki, Ronaldonun be
12 avqustNəriman Axundzadənin yeni müqaviləsinin detalları
Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadənin Türkiyənin "Erzurumspor" klubu ilə bağladığı müqavilənin detalları bəlli olub. Türkiyə mediasına istinadən xəbər verir ki, "Erzurumspor" klubu 22 yaşlı hücumçunu gələcəkdə tam olaraq öz heyətinə qatmaq hüququna sahibdir. Bel
6 avqustAleksandr Usik boksa vida qərarının səbəbini AÇIQLADI
Ukraynalı boksçu Aleksandr Usik idman karyerasını başa vurmaq qərarının səbəblərindən danışıb. xəbər verir ki, bu barədə o, "New York Times"a müsahibəsində bəhs edib. Daha əvvəl 39 yaşlı Usik peşəkar boksda vida döyüşünə çıxmaq üçün superağır çəkidə WBA, WBC və IBF üzrə dünya çempionu kəmərlərində
9 avqust"Real" və "Barselona" İstanbulda oynayacaq
İspaniya Superkubokunun matçları İstanbulda keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunlar fevralın 2-dən 7-dək baş tutacaq. Superkubok uğrunda "Real", "Barselona", "Real Sosyedad" v
13 avqustZubir "Qarabağ"dan ayrıldı
Abdullah Zubir "Qarabağ"dan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün komandanın düşərgəsini tərk edib. Fransalı yarımmüdafiəçi Qətərə yollanıb. 34 yaşlı futbolçu bu ölkənin "Əl-Şahaniya" klubu ilə müqavilə imzalayacaq. Zubir tibbi yoxlanışdan keçdikdən sonra onu
15 avqust2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası oldu
Futbol ulduzu Kristiano Ronaldo ilə bağlı yayılan toy xəbəri Madeyrada maraqlı anlaşılmazlığa səbəb olub. Axşam.az xəbər verir ki, Ronaldonun sevgilisi Corcina Rodrigeslə bu həftəsonu doğma şəhəri Madeyrada yerləşən Funşal Katedralında evlənəcəyi iddia edilib. Bu xəbərə inanan 2 mindən çox azarkeş kilsəni
9 avqust