153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
"Batik Air" aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində qeyri-adi və təhlükəli hadisə baş verib. Göyərtəsində 153 sərnişin olan təyyarənin hər iki pilotu uçuş zamanı eyni anda yuxuya gedib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, təyyarə İndoneziyanın Kendari şəhərindən Cakartaya uçub, göyərtədə 153 sərnişin və 6 ekipaj üzvü olmaqla ümumilikdə 159 nəfər olub.
Təyyarə təxminən 11 kilometr yüksəklikdə hərəkət edərkən kapitan ikinci pilotdan bir müddət dincəlmək üçün icazə istəyib və idarəetməni ona təhvil verib. Lakin bir müddət sonra ikinci pilot da yuxuya gedib.
Bildirilir ki, ikinci pilot uçuşdan əvvəl təxminən 53 saat istirahət müddətinə malik olsa da, yeni doğulmuş əkiz uşaqlarına qulluq etməsi və yaşayış yerini dəyişməsi səbəbindən kifayət qədər yata bilməyib.
Hər iki pilotun yatdığı müddətdə təyyarə avtopilotla uçmağa davam edib. Lakin təxminən 28 dəqiqə ərzində A320 nəzərdə tutulan marşrutdan tədricən kənara çıxıb. Hava hərəkəti dispetçerləri bu müddət ərzində ekipajla əlaqə yaratmağa çalışıblar.
Nəhayət, ikinci pilot oyanaraq dispetçerlərin çağırışına cavab verib. Pilotlar təyyarəni yenidən düzgün marşruta qaytarıb və uçuş təhlükəsiz şəkildə başa çatıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Maraqlıdır ki, həmin gün səhər hər iki pilot uçuşöncəsi tibbi yoxlamadan keçib və uçuşa yararlı hesab olunub. Belə yoxlamalarda ürək döyüntüsü, qan təzyiqi, görmə qabiliyyəti və bəzi xəstəliklər qiymətləndirilsə də, yuxusuzluq və güclü yorğunluğu dərhal müəyyənləşdirən sadə test mövcud deyil.
Hadisədən sonra aviasiyada pilotların yorğunluğunun idarə edilməsi, uçuşdan əvvəl yetərli istirahətin təmin olunması, xüsusilə gecə və səhər tezdən həyata keçirilən reyslər üçün daha sərt qaydaların tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 261 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR
Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır. Bəzi növlərinin kiloqram
23 avqust153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
"Batik Air" aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində qeyri-adi və təhlükəli hadisə baş verib. Göyərtəsində 153 sərnişin olan təyyarənin hər iki pilotu uçuş zamanı eyni anda yuxuya gedib. xarici mediaya istinadla xəbər verir ki, təyyarə İndoneziyanın Kendari şəhərindən Cakartaya uçub, göyərtəd
24 avqustLimonu dondurucuda saxlamaq faydalıdırmı? - Çoxlarının bilmədiyi üsul
Limon vitamin C, müxtəlif antioksidantlar və bitki mənşəli faydalı maddələrlə zəngin sitrus meyvələrindən biridir. Son zamanlar sosial şəbəkələrdə limonu donduraraq istifadə etmək onun faydasını artırdığı barədə məlumat yayılır. xarici mediaya əlavə xəbər verir ki, limonu bütöv halda dondurmaq onun qabığ
23 avqustUşağın dərs nəticələrinə təsir edən gözlənilməz amillər açıqlanıb
Mənzildəki arxa fon səs-küyü, zəif işıqlandırma və dərs oxumaq üçün şəxsi məkanın olmaması məktəblinin diqqətini cəmləməsinə mane ola və onun təhsil nəticələrinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu "Level Group" şirkətinin perspektivli layihələr üzrə direktoru Artyom Oxmat -ya müsahibəsind
24 avqustHəkim stresdən sonra "oyanan" virusları sadaladı
Güclü və uzunmüddətli stres herpes və zona xəstəliyinin (kəmərləyici dəmrov) kəskinləşməsinə səbəb ola bilər. Bu viruslar orqanizmə daxil olduqdan sonra tamamilə yox olmur, passiv vəziyyətə keçərək sinir düyünlərində qalırlar. -ya istinadən xəbər verir ki, bunu "Meditsina" klinikasının həkim-psixoterapevti
24 avqust"Mikrob yuvası" olan qab süngəri - Sirkəli suda saxlayın
Mətbəxdə istifadə edilən qab süngəri hər gün yemək qalıqları, yağ və nəmlə təmasda olur. Buna görə də qısa müddətdə çirklənə, xoşagəlməz qoxu verə və mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, süngəri təmizləməyin sadə üsullarından bir
23 avqustQuşlar isti ölkələrin istiqamətini haradan bilirlər?
Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər. xarici mediaya istinadən xəbər verir ki, alimlə
20 avqustUzunömürlü insanların immun sistemində alimləri təəccübləndirən kəşf
Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları 90-100 və daha yuxarı yaşda olan insanlarda zədələnmiş və xərçəngli hüceyrələri məhv etmək qabiliyyətinə malik nadir immun hüceyrə növünün qeyri-adi dərəcədə yüksək fəallığını müəyyən ediblər. xəbər verir ki, elmi işin nəticələri "Cell Press"
21 avqust