Ana südünün inanılmaz faydaları tapıldı - YENİ ARAŞDIRMA
Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, ana südü körpələrin immunitetinin formalaşmasında məlum olanlardan daha aktiv rol oynayır. "Science" jurnalında dərc olunan araşdırmaya görə, südün tərkibindəki IgG sinfinə aid anticisimlər (immunoqlobulinlər) yeni doğulmuşların immun sisteminə bağırsaqdakı bakteriyalara və qida antigenlərinə düzgün reaksiya verməyi "öyrədə" bilir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, siçanlar üzərində aparılan təcrübələr göstərib ki, balalar həyatlarının ilk həftəsində IgG qəbul etdikdə, onların immun sistemi gələcəkdə daha davamlı olur. Belə heyvanlarda anadan ayrıldıqdan sonra bağırsaqda həddindən artıq iltihabi reaksiyalar daha az müşahidə olunur və onlar yeni qida məhsullarını daha yaxşı qəbul edirlər.
Alimlər müəyyən ediblər ki, IgG anticisimləri sadəcə olaraq bağırsaqdakı bakteriyalara bağlanmaqla kifayətlənmir, həm də immun hüceyrələrinin reseptorları ilə, o cümlədən Fc-reseptorları və komplement sisteminin komponentləri ilə qarşılıqlı əlaqədə olur. Bu mexanizm sayəsində anticisimlər limfositlərin fəaliyyətini tənzimləyir və kolitin, eləcə də qida allergiyalarının inkişafının qarşısını alır.
Müəlliflərin fikrincə, ana südü təkcə qida mənbəyi deyil, həm də körpənin immuniteti üçün bir növ "təlimat" rolunu oynayır. Bu, yeni doğulmuşun kəskin şəkildə dəyişən mühitə və ilk aylarında qarşılaşdığı müxtəlif antigenlərə uyğunlaşmasına kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 720 Tarix: 28 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabr