Kişilər münasibətdə ciddi niyyətlərini nə vaxt deməlidirlər? – 1 ay, 1 il?
Münasibətlərdə ən çox verilən suallardan biri budur, kişi nə vaxt ciddi niyyətini açıqlamalıdır? Bir ay, yarım il, yoxsa bir il sonra? Mütəxəssislər bildirirlər ki, dəqiq tarix yoxdur, amma statistik göstəricilər və psixoloji siqnallar bu mövzuda müəyyən istiqamət verir.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Araşdırmalar nə göstərir?
Şotlandiyanın Dandi şəhərində Abertey Universitetinin apardığı sorğuya görə kişilər orta hesabla 97–108 gün sonra (təxminən 3–4 ay) sevgilərini etiraf edirlər, qadınlar isə bunu adətən 122–138 gün sonra (təxminən 4 ay) edirlər.
Ekspertlər bu dövrü "bal ayı mərhələsi"nin sonu hesab edirlər. Bu müddətdən sonra emosiyalar sabitləşir və tərəflər bir-birini daha real şəkildə – həm müsbət, həm də mənfi tərəfləri ilə görməyə başlayır.
Daha uzun gözləmək normadırmı?
Psixoloqlar bildirirlər ki, bəzi cütlüklər daha yavaş inkişaf edir. Kimisi üçün yarım il – etiraf üçün tam normal zamandır.
Amma əgər kişi 8 aydan çox susursa və nə hisslərini, nə də birgə gələcəklə bağlı niyyətini açıqlamırsa, bu, artıq siqnal ola bilər. O, ya hələ hazır deyil, ya da münasibətlərə başqa cür baxır.
Sorğuların nəticələri
İnsanlar sevgilərini neçə müddət sonra etiraf edirlər?
22% – ilk ayda, 30% – 1–3 ay arasında, 18% – 4–6 ayda, 15% – yarım ildən sonra.
Bu, bir daha göstərir ki, "doğru vaxt" anlayışı yoxdur. Əsas odur ki, tərəflər eyni tempdə münasibəti davam etdirməyə hazır olsunlar.
Psixoloji mərhələlər
Stenberqin "Sevgi nəzəriyyəsi"nə görə, sevgi üç hissədən ibarətdir: intimlik, ehtiras və öhdəlik. İlk mərhələdə ehtiras üstünlük təşkil edir və 3–12 ay davam edə bilər. Daha sonra yaxınlıq və məsuliyyət ön plana keçir.
Neyrobioloqlar isə qeyd edirlər ki, ehtiraslı sevgi beyində mükafat mərkəzlərini aktivləşdirir və 18 aya qədər davam edə bilər. Amma əgər bu müddətdə yaxınlıq və ortaq gələcək planı inkişaf etməzsə, münasibət yetkin mərhələyə keçmir.
Əgər o, susursa...
Mütəxəssislərin məsləhətləri belədir:
Vaxt verin. İlk 2–3 ayda ciddi sözlər tələb etmək tezdir.
Əməllərə baxın. Bəzən kişi hisslərini sözdən çox davranışla göstərir.
Açıq danışın. Uzun müddət keçibsə, söhbət etmək ən yaxşı yoldur.
Perspektivi qiymətləndirin. Əgər bir ildən sonra da nə söz, nə də addım yoxdursa – münasibətdə ciddi niyyət olmaya bilər.
Əkişilər münasibətlərin ilk 3–4 ayı ərzində ciddi niyyətlərini dilə gətirirlər. Kimisi bunu daha tez, kimisi yarım ildən sonra edir. Amma illərlə cavabsız gözləmək artıq münasibətin perspektivi barədə düşünməyə əsas verir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 583 Tarix: 29 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabr