Dünyanın ən böyük badımcanını yetişdirdi - Çəkisi heyrətamizdir

Dünyanın ən böyük badımcanını yetişdirdi - Çəkisi heyrətamizdirABŞ-ın Pensilvaniya ştatında ən ağır badımcan yetişib.

Lent.az xəbər verir ki, "Ginnesin Rekordlar Kitabı"na düşən bu nəhəng badımcanın çəkisi 3,969 kq təşkil edib.

Bu qeyri-adi dərəcədə böyük meyvənin orta diametri 78,7 sm-dir və onu ABŞ-ın Harrison City şəhərindən olan Erik Gunström yetişdirib. O, badımcanları cəmi üç ildir yetişdirsə də, ümumilikdə nəhəng tərəvəz yetişdirməyə həvəsi olduğunu bildirib.

"Mənim rəqabətli tərəvəz yetişdirməyə marağım təxminən iyirmi il əvvəl nəhəng balqabaqlarla başladı. 2022-ci ildə balqabaq üzrə şəxsi rekordum 1090,8 kq olub", –Gunström deyib.

Hazırda ən ağır balqabaq rekordu 1246,9 kq təşkil edir və bu göstərici 9 oktyabr 2023-cü ildə amerikalı həvəskar bağban Travis Gienger tərəfindən qeydə alınıb.

19 avqustda Gunström qiymətləndirmə üçün iki badımcan təqdim edib. Təəccüblüdür ki, hər ikisi dünya rekordunu yeniləyib: onlardan bir az kiçiyi belə 3,900 kq çəkib ki, bu da supermarketdə tapılan adi badımcandan təxminən 12 dəfə böyükdür.

Rekord qıran badımcanının surətini gələcək nəsillər üçün hazırlamağı planlaşdıran Gunström, çəkilmə nəticələrini görəndə şoka düşüb:

"Yer üzündə badımcan yetişdirən bütün insanlar arasında, mən indiyədək mövcud olmuş ən böyük badımcanı yetişdirdim. Və sonra eyni vaxtda iki dünya rekordunu qırmaq, onları yığmaq və birlikdə çəkmək... Bu, hər bir insanın həyatda heç olmasa bir dəfə yaşamalı olduğu bir hissdir".

Bu bağçılıq uğuru 2025-ci ilin əlverişsiz havaya baxmayaraq baş verib. Pensilvaniyalı bağban belə danışıb:

"Bağçılıqla məşğul olduğum bütün illər ərzində bu, hava şəraitinin mürəkkəbliyi baxımından yəqin ki, ən çətin il idi. Mövsüm çox rütubətli və soyuq temperaturla başladı və bu hal iyuna qədər davam etdi. Sonra isə sanki kimsə düyməyə basdı və temperatur bir anda 10 dərəcə qalxdı, nəticədə çox isti və rütubətli yay oldu. Bizim güclü fırtınalarımız çox oldu, hər dəfə bir neçə santimetr yağıntı buraxaraq keçib gedirdi. Açığı, mən mövsümün əvvəlində bu bitkilərin soyuq və rütubətli havadan sağ çıxacağına inanmırdım. Necəsə onların öhdəsindən gəldilər, böyüdülər, böyüdülər və nəticədə iki badımcan yetişdirdilər ki, hər ikisi də dünya rekordunu qırdı".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1885   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr