"Labubu" kuklalarının bahalığının səbəbləri
"Pop Mart"ın rəhbəri Vanq Ninq bu il sərvətini 20 milyard dollar artırıb. "Labubu" oyuncaqlarına artan tələbat "Pop Mart International Group"un qurucusu və rəhbəri Vanq Ninqi dünyanın ən çox qazanan milyarderlərindən birinə çevirib.
Ölkə.az xəbər verir ki, "Yeni Sabah" "Labubu" kuklasının baha olmasının və ona tələbatın artmasının səbəblərini araşdırıb.
İlk baxışda sadə vinil fiqurlar kimi görünən bu kiçik kuklaların bəzilərinin qiyməti yüzlərlə, hətta minlərlə dollar səviyyəsinə qədər yüksəlir. Bunun səbəblərindən biri kuklaların məhdud buraxılışıdır. Tələbat yüksək, amma məhsul az olduğu üçün qiymətlər sürətlə qalxır.
Labubu obrazı Honq Konqlu dizayner Kenny Wong tərəfindən yaradılıb. Onun yaratdığı "The Monsters" seriyası dünya üzrə kolleksiyaçılar arasında böyük populyarlıq qazanıb. Dizayner brendləri həmişə adi oyuncaq istehsalçılarından daha bahalı olur, çünki onlar unikal dizaynla təqdim olunur, yüksək keyfiyyətli materiallardan istifadə edilir və məhsulun arxasında tanınmış bir sənətçi imzası var.
Labubu kuklalarının bahalı olmasının digər səbəbi onun adi oyuncaq deyil, kolleksiya əşyası kimi qiymətləndirilməsidir. Bəzi modellər yalnız xüsusi tədbirlərdə və ya lotereya üsulu ilə satışa çıxarılır.
Nəticədə, satış bitən kimi həmin nadir modellər ikinci əl bazarında 2-5 dəfə baha qiymətə təklif olunur.
Məsələn, ilkin satışda 60 dollara satılan limitli bir Labubu kuklasının qiyməti qısa müddətdə 300-500 dollara qədər yüksələ bilir.
Labubu kolleksionerləri arasında təkrar satış bazarı çox aktivdir. Məhdud buraxılışlı modelləri erkən əldə edən satıcılar, onları qısa müddətdə bir neçə qat baha qiymətə satışa çıxarır. Bu səbəbdən bəzi nadir Labubu modelləri hazırda hətta 1000 ABŞ dollarından baha qiymətə təklif olunur.
Labubu kuklaları yüksək keyfiyyətli vinil materialdan hazırlanır. Onların istehsalında incə detallar, əl işi boyama və xüsusi qablaşdırma istifadə olunur. Bu da onları ucuz, kütləvi istehsal olunan fiqurlardan fərqləndirir.
Bütün bunlara görə, "Labubu" kuklalarının bahalı olmasının əsas səbəbləri məhdud buraxılış, kolleksiya dəyəri, məşhur dizayner işi və bazarda yüksək tələbatdır. Dünyada kolleksiyaçılıq trendi artdıqca bu kuklaların qiyməti də yüksəlməyə davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb