Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?
Yer kürəsi hər 24 saatda bir dəfə öz oxu ətrafında qərbdən şərqə doğru fırlanır. Bu hərəkət Günəşin şərqdən doğub qərbdən batmasına səbəb olur və gecə səmasında ulduzların hərəkətini müşahidə etməyə imkan verir. Alimlərin diqqətini çəkən əsas suallardan biri budur: Yer niyə fırlanır və bu fırlanma dayansaydı, həyat üçün hansı nəticələr doğurardı?
Qaynarinfo xəbər verir ki, Yer öz fırlanmasını qütblərdən keçən xəyali ox ətrafında həyata keçirir. Bu ox şimal yarımkürədə "Qütb ulduzu" kimi tanınan "Polaris" istiqamətini göstərir. Lakin bu hərəkətin səbəblərini anlamaq üçün yalnız Yerə deyil, bütün Günəş sisteminə baxmaq lazımdır.
Günəş sistemindəki bütün cisimlər müəyyən dərəcədə dönmə hərəkəti edir. Günəşin öz fırlanması təxminən 27 gün davam edir. Alimlər bu prosesin sirrini ulduzların doğum mərhələlərində araşdırırlar. Məsələn, gənc "Beta Pictoris" ulduzunun ətrafında toz və qazdan ibarət disk mövcuddur. Bu disk ulduzun yaranmasından qalan materiallardan ibarətdir və planetlərin formalaşmasının ilkin mərhələsini simvolizə edir.
Qaz və toz buludlarının cazibə qüvvəsi ilə sıxlaşması və fırlanması nəticəsində yeni ulduzlar yaranır. Bu proses zamanı hərəkət qorunaraq ulduzun və ətrafındakı planetlərin dönməsini təmin edir. Günəş sistemi də ilk illərində oxşar mərhələdən keçmiş və bu hərəkət bütün planetlərin hərəkətinə istiqamət verib.
Yer fırlanmasaydı nələr baş verərdi?
Yer üçün fırlanma həyati əhəmiyyət daşıyır. Bu hərəkət gecə-gündüz dövrlərini yaradır, istiliklərin balanslaşmasına kömək edir. Məsələn, çox yavaş fırlanan Merkürdə gündüz temperaturu +430 dərəcəyə qədər yüksəlir, gecə isə -173 dərəcəyə qədər düşür. Əgər Yer fırlanmasaydı, oxşar kəskin istilik fərqləri meydana gələrdi ki, bu da canlı həyat üçün böyük təhlükə yaradırdı.
Okeanlarda müşahidə olunan qabarma və çəkilmələr də fırlanma ilə bağlıdır. Suyun hərəkəti dənizlərin sahillərə təsirini formalaşdırır və həyatın təkamülündə mühüm rol oynayıb.
Alimlər hesab edirlər ki, Yer kürəsinin fırlanması Günəş sisteminin yaranmasından qaynaqlanır və bu hərəkət başlanğıcdan planetin daxili dinamikasının bir hissəsinə çevrilib. Bununla belə, fırlanma sürətinin və istiqamətinin zamanla necə dəyişdiyi mövzusu hələ də araşdırılır.
Günəş sistemindəki digər planetlər və uzaq qalaktikalarda aşkarlanan minlərlə ekzoplanet üzərində aparılan müşahidələr, bu mövzunun daha dərindən öyrənilməsinə kömək edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb