Avtobus sürücüsü boğulmaq təhlükəsi yaşayan 3 yaşlı uşağın həyatını xilas etdi
Kocaelidə 3 yaşlı uşağın boğazına cips ilişib, nəfəs ala bilmədiyi anlarda avtobus sürücüsünün çevikliyi sayəsində faciə yaşanmayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kocaeli Böyükşəhər Bələdiyyəsinə məxsus, Ulaşım Park A.Ş.-yə aid sərnişin avtobusunda baş verib.
Məlumata görə, Gebze-Dilovası istiqamətində hərəkət edən avtobusda birdən-birə sərnişinlərin səsi yüksəlib. Bu zaman sürücü Ferdi Karabacak dərhal avtobusu kənara çəkərək vəziyyətə müdaxilə edib.
3 yaşlı uşağın nəfəs borusuna cips ilişdiyini görən sürücü, Heimlich manevrası edərək uşağın nəfəsini açıb. Onun soyuqqanlı davranışı və saniyələr içində göstərdiyi peşəkarlıq nəticəsində uşaq xilas edilib. Hadisə avtobusun təhlükəsizlik kamerasına da yansıyıb.
Kocaeli Böyükşəhər Bələdiyyə Başçısı Tahir Büyükakın həmin görüntüləri sosial media hesabında paylaşaraq sürücüyə təşəkkür edib:
"Allah səndən razı olsun. Ferdi kapitanımız boğazına yemək qaçan balaca sərnişinimizi Heimlich manevrası ilə xilas etdi. Tez və soyuqqanlı müdaxiləsinə görə sürücümüzü təbrik edirəm. İnsan həyatına toxunan bu nümunəvi davranış hamımız üçün qürurverici oldu."
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 667 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabr