İlin II Ay tutulması - Azərbaycanda da izləyəcəyik
Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).
Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır.
Qanlı rəng Ay üfüqdə olarkən daha "dramatik" görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.
Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.
Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.
2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları sentyabrın 7-də "Qanlı Ay" tutulmasını canlı izləmək imkanı əldə edəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 888 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təyyarə bələdçiləri və pilotlarla bağlı narahatedici ARAŞDIRMA
Çoxsaylı peşə nümayəndələri arasında ionlaşdırıcı şüalanmanın təsiri ilə əlaqəli xərçəngdən ən yüksək ölüm riski təyyarə bələdçilərində müşahidə olunur. Siyahıda ikinci yerdə pilotlar qərarlaşıblar. Harvard Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər. xəbər verir ki, tədqiqatın nəticələri "JAM
19 avqustZibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR
Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır. Bəzi növlərinin kiloqram
23 avqustƏn çox hansı smartfonlar haker hücumuna məruz qalır?
Smartfon istehsalçılarının mütəmadi təqdim etdiyi təhlükəsizlik yeniləmələri cihazları kibercinayətkarlardan qoruyan əsas vasitələrdən biridir. Telefonun rəsmi yeniləmə dəstəyi başa çatdıqdan sonra isə zaman keçdikcə təhlükəsizlik riskləri artır. xarici mediaya istinadən xəbər verir ki, smartfon istehsalçılar
20 avqustMəzuniyyət pulu gecikdiriləndə nə etmək lazımdır? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu məzuniyyət haqqının gecikdirilməsi ilə bağlıdır. İş yeri məzuniyyət haqqını gecikdirəndə nə etmək lazımdır?. xəbər verir ki, Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət haqqı işçiyə məzuniyyətin başlanmasına ən gec 3 gün qalmı
24 avqustYağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər. "Qafqazinfo" xəbər verir ki, "Nature Geoscience" jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasın
20 avqustAvstraliyada ilk dəfə suiti quş qripinə yoluxdu
Avstraliyanın materik hissəsində ilk dəfə məməli heyvanda H5 quş qripinə yoluxma faktı qeydə alınıb. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yoluxmuş suiti cəsədi avqustun 19-da Cənubi Avstraliya ştatının paytaxtı Adelaidadan təxminən 300 kilometr məsafədə yerləşən Biçport şəhərind
24 avqust2026-cı ildə əcnəbilər üçün dünyanın ən yaxşı ölkələri açıqlandı
Yeni qlobal reytinq xaricdə yaşamaq istəyənlər üçün ən əlverişli ölkələri müəyyənləşdirib. Siyahıda həyat keyfiyyəti, yerli cəmiyyətə uyğunlaşma, iş imkanları, şəxsi maliyyə, mənzil və rəqəmsal xidmətlər kimi meyarlar nəzərə alınıb. Qaynarinfo "InterNations Expat Insider 2026" araşdırmasın
24 avqustAz söz bilmək düşüncəni də kasadlaşdırır - Filoloqdan XƏBƏRDARLIQ
İnsan tarixizmləri və arxaizmləri öyrənirsə, bu, yalnız onun lüğət ehtiyatını zənginləşdirmir, həm də düşüncə qabiliyyətini inkişaf etdirir. Onlardan gündəlik nitqdə istifadə etmək vacib deyil, lakin mənalarını başa düşmək mədəni savadlılığın mühüm tərkib hissəsidir. xəbər verir ki, bunu RT-yə müsahibəsind
23 avqust