Limonların saxlanmasında edilən SƏHVLƏR

Limonların saxlanmasında edilən SƏHVLƏRBir çox evdar qadınlar limonların tez xarab olması ilə qarşılaşır, hətta soyuducuda saxlanıldıqda belə. Əsas səbəblər yanlış saxlama, rütubətlə təmas və uyğun olmayan qabda saxlanmasıdır.

Bu barədə Lent.az məlumat verir.

Niyə limonları soyuducuda saxlamaq lazımdır?

Bütün təzə meyvələr kimi, limonlar da xarab olur. Xarab olmuş limonlar adətən çox yumşaqlaşır, sürüşkən hala gəlir, büzüşmüş görünür, xoşagəlməz qoxuya malik olur və ya üzərində görünən kif əmələ gəlir. Əgər limonlarınızda bu əlamətlər varsa, onları atmaq daha yaxşıdır. US Citrus-un məlumatına görə, limonlar soyuducuda 4–6 həftə saxlanıla bilər. Onları otaq temperaturunda da saxlamaq olar, amma digər meyvələr kimi tez xarab olurlar. Otaq temperaturunda saxlanılan limonun ən yaxşı halda bir həftə ərzində yeyilməsi tövsiyə olunur. Soyuq limonlardan isə suyu sıxmaq çətin olur. Buna görə də istifadə etməzdən bir neçə saat əvvəl soyuducudan çıxarmaq yaxşıdır.

Nələrdən çəkinmək lazımdır?

Limonları polietilen torbalarda saxlamayın, çünki onlar nəm saxlayır və bu da xarab olma prosesini sürətləndirir. Limonları qovun, banan, alma, pomidor və avokado ilə yanaşı saxlamayın. Bu meyvələr limonların tez xarab olmasına səbəb olur.

Necə saxlamaq lazımdır?

Bütöv limonlar
Onları soyuducuda meyvə-tərəvəz üçün nəzərdə tutulmuş çəkməcədə saxlamaq ən yaxşı üsuldur. Burada rütubət aşağı olur, limonlar sərin və quru qalır. Həmçinin çəkməcənin hava ventilyasiyasını açmaqla meyvələrə hava axınını artırmaq məsləhətdir.

Kəsilmiş limonlar
Kəsildikdən sonra limonu qida plyonkasına bükün və ya hermetik qapaqlı qaba qoyun. Soyuducuda saxlayın və bir neçə gün ərzində istifadə edin, çünki kəsildikdən sonra limon tez quruyur.

Limon suyu
USDA-nın məlumatına görə, təzə sıxılmış limon suyunu hermetik bağlanmış qabda, məsələn bankada, soyuducuda 5–7 gün saxlamaq olar. Uzunmüddətli saxlama üçün suyu dondurun. Bunun ən yaxşı üsulu – suyu buz qəliblərinə tökməkdir. Beləliklə, şirə kiçik porsiyalarla saxlanacaq.

Limon qabığı
Onu dondurucu paketində və ya hermetik qabda 3 ayadək dondurucuda saxlamaq olar. Dondurulmuş halda rəndələnmiş qabığı birbaşa salat souslarına, tort xəmirlərinə və ya souslara əlavə edə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4362   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr