Məşhur kurortda turistlərlə "müharibə" başladı

Məşhur kurortda turistlərlə "müharibə" başladıTuristlərin axınından yorulan Venesiya, qaydaları pozanlarla ciddi mübarizə aparmağa qərar verib. Girişə məhdudiyyətlərdən tutmuş GPS vasitəsilə hərəkətlərinə nəzarətədək. Oxşar sərt, bəzən isə qeyri-adi tədbirlər digər məşhur istiqamətlərdə də tətbiq olunur. Kapri, Roma və Sardiniyada.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mövzu ilə bağlı əhali narazılıq edir. Venesiyanın tarixi mərkəzi demək olar ki, turistlərlə dolub-daşır. Yerli sakinlər isə qonaqların şəhərə hörmətsizlik etdiyini düşünərək narazılıqlarını daha açıq şəkildə ifadə etməyə başlayıblar. Cavab olaraq hakimiyyət qayda-qanun yaratmaq üçün kampaniya başlayıb. Bu təşəbbüslərdən biri qayda pozan turistlərin "qara siyahısı"nın hazırlanmasıdır.

"Biz əyləncə parkı deyilik", - deyə Veneto regionunun prezidenti Luka Dzayya bildirib.

Onun sözlərinə görə, hakimiyyət şəhərə hörmətsizlik edən turistlərə, həmçinin qanun pozuntularına qarşı qətiyyətli addımlar atmaq niyyətindədir. Ən çox müzakirə olunan məsələ qayda pozan turistlər üçün şəhərə giriş qadağasının tətbiq edilməsi olub. Belə tədbir adətən aqressiv futbol azarkeşlərinə qarşı tətbiq olunur.

GPS ilə nəzarət və cibgirlik problemi

Dzayya cib oğruluğu məsələsinə də toxunaraq, qayda pozanların GPS çipləri olan elektron bilərziklərlə izlənilməsini təklif edib. Bu cihazlar polisə artıq tanınmış cinayətkarların yenidən fəaliyyət göstərməyə çalışdığı barədə məlumat verə bilər. Nəzarət zonalarına dəmir yolu vağzalı ilə Rialto körpüsü və San-Markonun mərkəzi meydanı arasındakı izdihamlı küçələr də daxildir.

Hadisəni daha da kəskinləşdirən nümunə

Problemin aktuallığını ABŞ-dan olan 50 yaşlı turist Kristin Qrinin başına gələn hadisə göstərir. Onun Venesiyada olduğu vaxt pasportu, pulqabısı və elektron cihazları oğurlanıb. Apple izləyicisinin köməyi ilə qadın cinayətdə şübhəli bilinən yeniyetmə qızlardan ibarət qrupu özü müəyyənləşdirib. Qrin onlardan biri ilə açıq toqquşmaya girərək, polis gələnədək təxminən bir saat onu saçından tutaraq saxlayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1282   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021