Başgicəllənmədən qurtulmağın dərmansız yolu - HƏKİM DANIŞIR

Başgicəllənmədən qurtulmağın dərmansız yolu - HƏKİM DANIŞIRVestibulyar gimnastika kəskin başgicəllənmənin aradan qaldırılmasında mühüm rol oynayır.

Lent.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Pərviz Axundov ilə müsahibəni təqdim edir:

- Pərviz müəllim, ilk öncə bilmək istərdik ki, başgicəllənmə nədir və hansı növləri var?

- Başgicəllənmə (vertiqo) hərəkət olmadığı halda yerin cazibə qüvvəsinə nisbətən hərəkət hissidir. Başgicəllənmələr fizioloji və patoloji olmaqla 2 yerə ayrılır.

Fizioloji başgicəllənmələr müəyyən şəraitdə beyinə daxil olan sensor informasiyanın uyğunsuzluğu sayəsində yaranır. Məsələn, hündürlükdə dayandıqda, hərəkət edən cisimləri izlədikdə, çəkisizlik vəziyyətində, uzunmüddətli fırlandıqda və s.
Patoloji başgicəllənmələr vestibulyar və onun mərkəzi sinir sisteminin müxtəlif şöbələri ilə olan əlaqələrinin zədələnməsi zamanı meydana çıxır.
Patoloji başgicəllənmələrin 4 əsas tipi var. Ən çox rast gəlinən sistemli baş gicəllənmələr zamanı pasiyent fırlanma və ya hərəkət olmadığı halda hərəkət hissi keçirir. Digər tiplərə lipotimiya (daha çox insulin istifadə edən şəkərli diabet xəstələrində, bəzi dərmanların qəbulu ilə bağlı olaraq baş verir), yerişin və tarazlığın pozulması, psixogen başgicəllənmələr daxildir.

- Başgicəllənmələrin ən çox rast gəlinən formaları hansılardır?

Ümumiyyətlə, başgicəllənmələr tibbi yardım üçün əsas müraciət səbəblərindən biridir. Vestibulyar vertiqolu xəstələrin arasında xoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) daha çox rast gəlinir. Belə ki, həyat boyunca xoşxassəli paroksismal pozisyonal vertiqonun yaranma ehtimalı 10 %-i civarındadır. Vestibulyar vertiqonun digər ən çox rast gəlinən səbəbləri Menyer xəstəliyi və vestibulyar neyronitdir.

- Xoşxassəli paroksizmal pozisyonal vertiqoya səbəb nədir və o, necə özünü göstərir?

Patologiya adətən arxa yarımdairəvi, horizontal və ya (nadir hallarda) yuxarı yarımdairəvi kanalda müşahidə olunur. Kanalolitiaz (yarımdairəvi kanallarda sərbəst üzən kalsium karbonat hissəcikləri) və ya kupulolitiaz (yarımdairəvi kanala bitişik kalsium karbonat hissəcikləri) nəticəsində pasiyentlərdə güclü başgicəllənmə, ürəkbulanma, bəzən qusma, arterial təzyiqin qalxması və ya enməsi, tərləmə kimi əlamətlər baş verir. Başgicəllənmə tutmaları 1 dəqiqədən az çəkir və başın məkandakı mövqeyinin sürətlə dəyişməsi nəticəsində yaranır. Adətən pasiyent uzanmış vəziyyətdə olduqda və başı sağa, yaxud sola əyilən zaman müşahidə olunur.
Xəstələrin bir qismində güclü başgicəllənmə epizodlarından sonra, stresə reaksiya kimi həyəcan və depressiv pozuntular inkişaf edir. Bu da ikincili psixogen başgicəllənmənin yaranmasına səbəb ola bilir.
Bəzən belə xəstələr yanlış olaraq "beyin qan dövranının pozulması" olduğunu düşünərək, uzun müddət nəticəsiz olaraq müxtəlif dərman maddələrini qəbul edirlər.

- Doktor, xoşxassəli paroksizmal pozisyonal vertiqo necə müalicə olur?

2008-ci ildə bir çox ixtisaslı ekspert qrupu və Amerika Nevroloqlar Akademiyası XPPV-nin idarə edilməsinə dair sübuta əsaslanan təlimatlar dərc edilib. Onlar xəstəliyin müalicəsi üçün kanalitlərin repozisiya manevrlərini, eyni zamanda bu simptomların aradan qaldırılması üçün dərman maddələrini təyin etməməyi tövsiyə etdilər. Mütəxəssislər bu məqsədlə istifadə edilən dərmanların plasebodan daha yaxşı olmadığını və sedasiya, yıxılma və gecikmiş simptomların yaxşılaşdırılması da daxil olmaqla potensial riskləri bildirdilər.
Başqa sözlə, xoşxassəli paroksizmal pozisyonal vertiqo dərmansız, həkim tərəfindən aparılan manevrlərin köməkliyi ilə effektiv şəkildə müalicə olunur. Arxa yarımdairəvi kanal zədələnmələrində tətbiq edilən Epley manevri ən yaxşı sübut edilmiş texnikadır. Bir sıra idarə olunan və ya öz-özünə idarə olunan hərəkətlər vasitəsilə yerindən çıxmış kanalitlər posterior yarımdairəvi kanaldan geri utrikula doğru hərəkət edir. Müvəffəqiyyət nisbəti bir müalicədən sonra təxminən 80% təşkil edir və dörd dəfəyə qədər təkrarlanandan sonra 92%-ə yüksəlir.

- Menyer xəstəliyi hansı əlamətlər özün büruzə verir?

Vestibulyar başgicəllənmələrin ən çox rast gəlinən 2-ci səbəbi Menyer xəstəliyi hesab edilir. Xəstəlik əsasən 4 əlamət əsasında müəyyən olunur: başgicəllənmə, tinnitus (qulaqda küy), eşitmə itkisi və qulaqların tıxanması hissi.
Menyer xəstəliyi zamanı baş gicəllənmə tutmaları adətən bir neçə dəqiqədən bir neçə saata qədər davam edir.

- Vestibulyar gimnastika nədir?

Vestibulyar gimnastika vestibulyar sistemin mərkəzi və ya periferik şöbələrində zədələnmənin adaptasiyasına yönəlmiş kompleks məşqlərdir. Vestibulyar gimnasikanın məqsədi tarazlıq məşqləri, subyektiv başgicələnnmə və yıxılma hissinin azaldılması, hərəkətlərin koordinasiyasının bərpası, həyəcanın aradan qaldırılmasıdır.

- Vestibulyar gimnastika nə qədər effektivdir və nə zaman aparılmalıdır?

Vestibulyar gimnastika çox effektivdir və kəskin başgicəllənmə tutmasından dərhal sonra başlamalıdır. Erkən başlanılan gimnastika bərpanın təminatçısıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 921   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

55 saat dayanmadan üzüb tarix yazdı - Video

Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb. "Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahət

4 avqust
.

Qarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?

Qaynadılmış qarğıdalı çoxlarının sevdiyi ləzzətlərdən biridir. Lakin düzgün bişirilmədikdə dənələri quru və sərt qala bilər. Əksər insanlar qarğıdalını sadəcə duzlu suda bişirsə də, onu daha yumşaq, şirəli və ləzzətli edən sadə üsul mövcuddur. xarici mediaya istinadən bildirir ki, mükəmməl qaynadılmı

2 avqust
.

Bu il Günəş son dəfə tutulacaq

2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Bu tutulma, tam Günəş tutulması olacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanı

4 avqust
.

Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş

Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Nature Health" jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan ço

7 avqust
.

Məşhur filmin bəstəkarı evində ölü tapıldı

Fransız DJ. və elektropop musiqiçisi, "Kavinski" kimi tanınan Vensan Belorje Parisdəki evində ölü tapılıb. xarici mediaya istinadla bildirir ki, 50 yaşlı sənətçinin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün prokurorluq araşdırmaya başlayıb. Təcili yardım əməkdaşları hadisə yerində şübhəli he

29 iyul
.

Gecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu

Gecə tez-tez oyanmaq təkcə səs-küy və ya narahat yataqla bağlı olmaya bilər. Terapevt Maksim Qubkanın sözlərinə görə, bunun arxasında gizli sağlamlıq problemləri də dayana bilər. xəbər verir ki,həkim bildirib ki, gün ərzində kifayət qədər su içməmək və ya axşam həddindən artıq maye qəbul etmək yuxunu

9 avqust
.

İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu

Hindistanda ilk tamştatlı işinə başlayan gənc əməkdaşın yaşadığı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İş vaxtının bitməsinə təxminən 10 dəqiqə qalmış ofisdən çıxan əməkdaş, az sonra müdirindən WhatsApp vasitəsilə "Bu gün saat neçədə çıxdın?" mesajı aldığını bildirib. xaric

29 iyul
.

Xaricə köçən fenomen adının yerli dildə nalayiq məna daşıdığını öyrəndi

Xaricə köçdükdən sonra soyadının yerli dildə gözlənilməz və kobud məna daşıdığını öyrənən sosial media fenomeni Ana Petcu yaşadıqlarını göz yaşları içində izləyiciləri ilə bölüşüb. Fransız dilində soyadının söyüş və arqo ifadələri ilə assosiasiya olunması səbəbindən tez-tez lağ obyektinə çevrildiyin

29 iyul
.

Evlənmək istəməyən gənclərin sayı niyə artır? - ARAŞDIRMA

Bir vaxtlar insanın həyat yolu sanki əvvəlcədən çəkilmiş xəritəyə bənzəyirdi: məktəbi bitirmək, işə düzəlmək, evlənmək, sonra da uşaq sahibi olmaq. Bu mərhələlərdən hansısa gecikəndə qohumların, qonşuların, hətta təsadüfi tanışların belə verəcəyi sual hazır idi: "Bəs sən nə vaxt evlənirsən. İnd

2 avqust