Kainatda 5 qalaktika toqquşdu

Kainatda 5 qalaktika toqquşduƏsasən alimlər iki qalaktikanın toqquşmasını və birləşməsini müşahidə edə bilirlər, lakin bir neçə qalaktikanın birləşməsi olduqca nadir hadisədir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə söhbət erkən kainatdan gedirsə. Hesab olunur ki, məlum kainatda bütün qalaktikaların təxminən 20-30%-i birləşmə prosesindədir və tədricən yeni qalaktikaya çevrilir. Lakin bu, əsasən iki qalaktikanın birləşməsinə aiddir. Çoxqalaktikalı birləşmələrin isə cəmi 1%-dən az olduğu düşünülür. Buna görə də belə hadisə çox nadirdir. Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə eyni anda 5 qalaktikanın birləşməsini aşkar edə biliblər. Bu hadisə erkən kainatda, Böyük partlayışdan 800 milyon il sonra, yəni 13 milyard il əvvəl baş verib. 5 qalaktikadan ibarət bu sistem lokal kainatda tanınmış Stefan Kvintetini xatırladır və James Webb Kvinteti adını alıb. Hər bir qalaktika ayrıca ELG1, ELG2, ELG3, ELG4 və ELG5 adlandırılıb.

Alimlərin sözlərinə görə, bir neçə qalaktikanın eyni anda toqquşub birləşməsini aşkar etmək ehtimalı olduqca azdır, belə bir birləşməni erkən kainatda müşahidə etmək isə böyük şans hesab olunur. Xatırladaq ki, astronomlar kainatın çox uzaq keçmişini məhz milyardlarla işıq ili məsafə qət etmiş işıq sayəsində görə bilirlər. Nəzərə alsaq ki, James Webb Kvinteti qalaktikalarının birləşməsi Böyük partlayışdan 800 milyon il sonra baş verib, kainatın yaşı isə 13.8 milyard ildir, deməli, həmin qalaktikalardan gələn işıq bizə 13 milyard il yol qət edərək çatıb. Buna görə də astronomlar onları milyardlarla il əvvəl olduqları kimi görürlər. Onlarla sonradan nə baş verdiyi isə yalnız əldə olunmuş məlumatlara əsaslanan ehtimaldır. 5 qalaktika üzərində aparılmış müşahidələr göstərdi ki, bu, həqiqətən qarşılıqlı əlaqədə olan bir sistemdir. Yəni bütün 5 qalaktika bir-birini qravitasiya ilə cəlb edir və ulduzlararası qaz mübadiləsi başlayır.

Astronomların sözlərinə görə, nəticə etibarilə James Webb Kvinteti bir nəhəng qalaktikaya çevrilməli idi. Alimlərin hesablamalarına görə, bu proses Böyük partlayışdan 1-1.5 milyard il sonra baş verməli idi. Astronomlar müəyyən ediblər ki, 5 qalaktikadan ibarət bütün sistemin kütləsi Günəşin kütləsindən təxminən 10 milyard dəfə çoxdur. Onlar aşkar ediblər ki, sistemdəki iki əsas qalaktika bir-birindən təxminən 43 000 işıq ili məsafədə yerləşir, ən uzaq qalaktika cütlüyü isə təxminən 60 000 işıq ili məsafədədir. Müqayisə üçün, Süd Yolu qalaktikasının diametri 100 000 işıq ilidir. Tədqiqat göstərdi ki, bu qalaktikalarda yeni ulduzların aktiv yaranması prosesi gedir. Üstəlik, ulduzlar həmin dövr üçün kainat tarixində gözləniləndən daha sürətlə formalaşır. James Webb Kvinteti lokal kainatda mövcud olan Stefan Kvintetinə bənzəyir. Bu sistemdə 4 qalaktikanın birləşməsi baş verir. Sistem "kvintet" adlandırılıb, çünki şəkillərdə başqa bir qalaktika da görünür, lakin o, birləşmədə iştirak etmir.

Astronomların sözlərinə görə, həm James Webb Kvinteti, həm də Stefan Kvinteti qalaktikaları birləşdirən materiya körpülərinə malikdir. Tədqiqat göstərir ki, James Webb Kvintetinin böyük kütləsi və qalaktikalarda yeni ulduzların yaranma sürəti 5 qalaktikanın bir neçə yüz milyon ildən sonra iri, "sakit" qalaktikaya çevrilə biləcəyinə işarə edir. "Sakit" qalaktikalar dedikdə yeni ulduzların formalaşmasının dayandığı qalaktikalar nəzərdə tutulur. Əvvəllər astronomlar erkən kainatda belə qalaktikalardan bir neçəsini aşkar ediblər, lakin onların niyə bu qədər erkən mərhələdə yeni ulduzların yaranmasını dayandırdıqları hələ də aydın deyil. Əslində onlar "ölü" qalaktikalara çevriliblər ki, bu tip obyektlər lokal kainatda da müşahidə olunur. Əgər 5 aktiv qalaktika ölü qalaktikaya çevrilirsə, James Webb Kvinteti erkən kainatda ulduz yaranması davam edən kiçik qalaktikaların birləşməsi yolu ilə iri, sakit qalaktikaların necə sürətlə formalaşa biləcəyini potensial olaraq izah edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1302   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı

"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə

15 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

15 sentyabr