Niyə oyandıqdan dərhal sonra qəhvə içmək olmaz? - Həkimdən xəbərdarlıq
"Qəhvə uzun müddətdir milyonlarla insanın səhər ritualının bir hissəsinə çevrilib. Ancaq az adam bilir ki, ilk fincanı içmək üçün hansı vaxt daha uyğundur və sağlamlığa zərər vermədən nə qədər kofein qəbul etmək lazımdır".
Oxu.Az-ın məlumatına görə, bu barədə rusiyalı kardioloq Anastasiya Şerbak Gazeta.ru saytına müsahibəsində danışıb.
"Oyandıqdan sonra orqanizmdə kortizolun (gümrahlıq hormonu) səviyyəsi onsuz da kifayət qədər yüksək olur. Əgər bu vaxt qəhvə içilərsə, gümrahlıq effekti zəif olur, mədənin selikli qişasının qıcıqlanması riski isə artır. Qastroenteroloji tövsiyələrə əsasən, qəhvənin ilk fincanı üçün optimal vaxt yuxudan oyanandan 1.5-2 saat sonra - kortizol səviyyəsinin azaldığı və kofeinin daha effektiv təsir göstərdiyi zamandır", - deyə Şerbak bildirib.
Həkim vurğulayıb ki, acqarına içilən qəhvə mədə şirəsi ifrazını stimullaşdırır və bu da mədə yanmasına, qarının yuxarı hissəsində ağrılara səbəb olur. Zaman keçdikcə isə qastrit və ya mədə xorası riski arta bilər. Buna görə qəhvəni səhər yeməyi ilə və ya ən azı kiçik qəlyanaltı ilə birlikdə içmək məsləhətdir.
"Müasir məlumatlara görə, sağlam yetkin insan üçün təhlükəsiz gündəlik kofein dozası 400 mq-dır, birdəfəlik doza isə 200 mq-ı keçməməlidir. Misal üçün, bir fincan espresso (30 ml) 60-100 mq kofein, bir fincan çay (230 ml) təxminən 50 mq, enerji içkisi bankası (250 ml) isə 150 mq kofein ehtiva edə bilər", - deyə mütəxəssis qeyd edib.
Hamilə qadınlar üçün gündəlik norma 200 mq, uşaqlar üçün isə bədən çəkisinə görə hesablanır - 1 kq üçün təxminən 2,5-3 mq.
Şerbak, həmçinin gündə 450 mq-dan çox kofeinin müntəzəm qəbulu nəticəsində yuxusuzluq, əsəbilik, narahatlıq, ürək döyüntüsünün artması, qan təzyiqinin yüksəlməsi, mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, qarında ağrılar), orqanizmdən kalsiumun yuyulması kimi problemlərin yarana biləcəyini bildirib. Bu, zamanla sümüklərin, dişlərin və saçların vəziyyətinə təsir edir və kofein asılılığına səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 878 Tarix: 05 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabrİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabr