Mədə xərçənginin bilinməyən əlamətləri: Qastrit və ya yorğunluqla qarışıq salına bilər

Mədə xərçənginin bilinməyən əlamətləri: Qastrit və ya yorğunluqla qarışıq salına bilər"Uzun müddət davam edən səsin batması (xırıltı) və ya öskürək mədə xərçənginin qeyri-tipik əlamətləri ola bilər. Bu hal şişin qırtlaq sinirini sıxdığı və ya metastaz verdiyi zaman baş verir".

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Krasnoqorsk xəstəxanasının həkimi, rusiyalı onkoloq, Ambulator Onkoloji Yardım Mərkəzinin rəhbəri Basir Bammatov NEWS.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, simptomlar arasında subfebril temperatur (səbəbsiz 37-37,5 dərəcə hərarət) və dad qavrayışının dəyişməsi kimi hallar da ola bilər.

"Əgər sizdə uzun müddət davam edən səbəbsiz hərarət, tüpürcək ifrazının artması və ya dadın dəyişməsi kimi şikayətlər varsa, həkimə müraciət edin. Ola bilsin ki, bu, mədə xərçəngi ilə bağlıdır. Şiş qırtlaq sinirini sıxdıqda və ya metastaz verdikdə xəstəlik uzunmüddətli səs batması və öskürəklə özünü göstərə bilər", - deyə həkim bildirib.

Onkoloq əlavə edib ki, mədə xərçənginin ilkin əlamətləri çox vaxt qeyri-spesifik olur və asanlıqla qastrit və ya sadəcə yorğunluqla qarışıq salına bilər. İştahanın azalması və ya tamamilə itməsi, az miqdarda yeməkdən sonra belə ağırlıq hissi və ürəkbulanma bu əlamətlər sırasına daxildir.

Xəstəliyin daha sonrakı mərhələlərində isə qarnın yuxarı hissəsində ağrılar, qəbizlik və ishalın bir-birini əvəz etməsi, qanlı qusma kimi hallar müşahidə oluna bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1020   Tarix: 17 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr