Yaşlanmaqdan qorxanlar oxusun!
Yaşlanma həyatın təbii bir mərhələsidir, lakin onun sürəti və necə hiss olunması insanın həyat tərzindən çox asılıdır.
"Qafqazinfo" xəbər verir ki, bu prosesdə genetika müəyyən rol oynasa da, gündəlik vərdişlər və seçimlər uzun müddət gənc qalmağın əsas açarıdır.
Aşağıda gec yaşlanmağın sirlərinə nəzər salaq:
Sağlam qidalanma
Antioksidantlarla zəngin qidalar: Giləmeyvələr, yaşıl çay, qoz-fındıq və tünd şokolad hüceyrələri sərbəst radikallardan qoruyur.
"Omega-3" yağ turşuları: Balıq, avokado və zeytun yağı ürək-damar sağlamlığını dəstəkləyir və dərini elastik saxlayır.
Şəkəri azaltmaq: Həddindən artıq şəkər kollagenin parçalanmasına səbəb olur, nəticədə dəri tez qocalır.
Su balansı
Orqanizmə lazım olan qədər su qəbul etmək həm dərinin nəmini qoruyur, həm də hüceyrələrin daha uzunömürlü olmasına şərait yaradır.
Hərəkət və idman
Müntəzəm idman qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və sümüklərin möhkəmliyini qoruyur. Hətta gündəlik 30 dəqiqəlik gəzinti belə qocalmanı yavaşlada bilər.
Stressin idarə olunması
Daimi stress immuniteti zəiflədir və dərini daha tez yaşlandırır. Meditasiya, nəfəs məşqləri, yoga və sevimli hobbilərlə məşğul olmaq stress hormonlarının təsirini azaldır.
Keyfiyyətli yuxu
Yuxu zamanı orqanizm özünü bərpa edir. Gündə 7–8 saat dərin yuxu dərinin, beynin və bütün orqanizmin yenilənməsi üçün vacibdir.
Günəşdən qorunmaq
Ultrabənövşəyi şüalar dəridə qırış və ləkələrin əsas səbəblərindəndir. Günəş kremindən istifadə etmək və günəşin ən güclü olduğu saatlarda açıq havada uzun müddət qalmamaq dərini qocalmadan qoruyur.
Zərəli vərdişlərdən uzaq durmaq
Siqaret, həddindən artıq spirt və oturaq həyat tərzi orqanizmin sürətlə qocalmasına səbəb olur. Sağlam vərdişlər isə əksinə, ömrü uzadır.
Müsbət münasibət və sosial əlaqələr
Sevinc, ünsiyyət və sosial dəstək psixoloji sağlamlıqla yanaşı fiziki sağlamlığa da təsir edir. Gülmək və xoş münasibətlər qocalmanı yavaşladan ən sadə vasitələrdəndir.
Bir sözlə, gec yaşlanmağın sirri bahalı prosedurlarda yox, gündəlik həyat tərzində gizlidir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 739 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabr