Tez yuxuya getmək üçün heç eşitmədiyiniz MARAQLI ÜSUL
həkimlər və yuxu mütəxəssisləri bildirirlər ki, TikTok-da məşhur olan "barmaq nəfəsi" texnikası yuxuya getməyin sadə və effektiv üsulu ola bilər.
Lent.az xəbər verir ki, "beş barmaq nəfəsi" kimi də tanınan bu metod artıq xəstəxanalarda xəstələrin rahatlaması və narahatlıqla mübarizə aparması üçün tətbiq olunur.
Texnikanın mahiyyəti ritmik nəfəsalma və toxunma hisslərinin birləşməsinə əsaslanır. Oturaraq və ya uzanaraq bir əlinizi "baza", digərini isə "izləyici" kimi seçmək lazımdır. "Baza" əlindəki barmaqları açıb, digər əlin barmağı ilə hər barmağın konturu boyunca yuxarı hərəkətdə burundan nəfəs almaq, aşağı hərəkətdə isə ağızdan nəfəs vermək lazımdır. Barmaqdan barmağa keçdikcə ürək ritmi yavaşlayır, sinir sistemi sakitləşir və orqanizm yuxuya hazırlaşır.
Doktor Ceyms Parker bildirir ki, bu texnika xüsusilə narahatlıq yaşayan insanlar üçün faydalıdır. Digər həkim Cudit Şeman isə əlavə edir ki, xəstələr çox vaxt hətta xəstəxana şəraitində belə möhkəm yuxuya getdiklərini qeyd edirlər. Onun sözlərinə görə, "barmaq nəfəsi" stressi azaldır, bərpa prosesini sürətləndirir və dərmanlara alternativ ola bilər.
Əgər bu üsul kömək etmirsə, mütəxəssislər saatlara baxmamağı və yuxusuzluq barədə həddən artıq düşünməməyi məsləhət görürlər. Əgər 20 dəqiqə ərzində yuxuya getmək mümkün deyilsə, qalxıb başqa otağa keçmək və rahatladıcı bir şeylə məşğul olmaq, məsələn, kitab oxumaq tövsiyə olunur. Paradoksal olaraq, yuxu haqqında fikirlərdən uzaqlaşmaq daha tez yuxuya qayıtmağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 988 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabr