İnsanlar niyə spirtli içkiyə meyllidir? - Qeyri-adi ARAŞDIRMA
Afrikanın vəhşi təbiətində şimpanzelər üzərində aparılan bir tədqiqat, insanların primatlardan spirtli içkilərə meyillilik və onu emal etmə qabiliyyətini miras almış ola biləcəyi hipotezini təsdiqləyir. Bununla belə, araşdırmada vurğulanır ki, spirt insan üçün hələ də zəhərli maddə olaraq qalır.
Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırma çərçivəsində alimlər şimpanzelərin yediyi meyvələri toplayaraq, şəkərin fermentasiyası nəticəsində əmələ gələn etanolun miqdarını ölçüblər. Nəticələr göstərib ki, bizim təkamül baxımından yaxın qohumlarımız hər gün həm də az olmayan miqdarda spirt qəbul edirlər.
Yeyilən meyvələrin həcmini nəzərə alan mütəxəssislər hesablayıblar ki, şimpanzelər gündə təxminən 14 qram spirt alır. Tədqiqatın aparıcı müəllifi, Berklidəki Kaliforniya Universitetindən Aleksey Maronun sözlərinə görə, bədən ölçüsünə görə bu, gündə bir bardaq pivəyə bərabərdir.
Bununla belə, spirt çox seyrəldilmiş formada olur və əsasən qida ilə birlikdə qəbul edilir, saf şəkildə yox. Maro qeyd edib ki, alimlər ilk dəfə olaraq insanın ən yaxın qohumlarının fizioloji baxımdan əhəmiyyətli sayılacaq miqdarda spirt istehlakına meyilli olduqlarını qeydə alıblar.
Bu, amerikalı bioloq Robert Dadli tərəfindən on ildən çox əvvəl irəli sürülmüş "sərxoş meymun nəzəriyyəsini" təsdiqləyir.
Hipotezanın mahiyyəti ondan ibarətdir ki, insanın spirtə meyilliyi və onu mənimsəmə qabiliyyəti gündəlik olaraq fermentləşmiş meyvələr yeyən primat əcdadlarımızın vərdişlərinə gedib çıxır. Dadlinin sözlərinə görə, yeni məlumatlar bu nəzəriyyəni getdikcə daha da inandırıcı edir.
Əvvəllər bu nəzəriyyə alimlər arasında skeptisizm doğururdu. Lakin son illərdə ona daha çox diqqət yetirilməyə başlanıb. Çünki aparılan tədqiqatlar bəzi primatların fermentləşmiş meyvələrə üstünlük verdiyini və müxtəlif miqdarda spirt ehtiva edən nektarlardan daha yüksək spirt tərkibli olanı seçdiklərini göstərib.
Yeni tədqiqatın müəllifləri hesab edirlər ki, onların nəticələri tropik meyvələrdə etanolun yayılması ilə bağlı mübahisələrə son qoya bilər. Bununla yanaşı, iş aşağı dozalı spirtin meymunabənzər olmayan primatlar üzərində xroniki təsirinin bioloji və davranış nəticələri ilə bağlı suallar da doğurur.
Açıq qalan başqa bir məsələ də var: şimpanzelər spirtli meyvələri fəal şəkildə axtarır, yoxsa sadəcə təsadüfən tapdıqları zaman yeyirlər? Tədqiqat iştirakçıları etiraf ediblər ki, hələ ki, bu suala dəqiq cavab yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 937 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabr