Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON

Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SONEkspertlər deyir ki, şagirdlər fiziki kitab daşımaqdan qurtulacaq, müəllimlər üçün metodik materialların istifadəsi asanlaşacaq

Məktəblərdə istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında rəqəmsal dərsliklər hazırlanacaq. Musavat.com xəbər verir ki, bu barədə mediaya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, rəqəmsal dərsliklərin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi də müəyyənləşib. Belə ki, nazirliyin sifarişi ilə rəqəmsal dərslikləri "İnnovative Business Products" şirkəti hazırlayacaq.

Nazirliklə şirkət arasında bununla bağlı 200 min manat dəyərində müqavilə bağlanılıb.

Bundan əlavə, nazirlik bir müddət əvvəl Təhsil Resursları Mərkəzi ilə ümumilikdə maliyyə dəyəri 1 milyon 817 min manat olan iki yeni müqavilə bağlayıb. Müqavilələrdə dərslik və metodik vəsaitlərin hazırlanması, eləcə də Azərbaycan dilində olan orijinal dərslik və metodik vəsaitlərin digər tədris dillərinə tərcüməsi və törəmə nəşrlərinin hazırlanması nəzərdə tutulur.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, rəqəmsal dərsliklərin hazırlanması istiqamətində indiyə qədər müəyyən işlər görülüb və hazırda bir çox dərsliklərin elektron versiyasından istifadə mümkündür: "Hazırda elektron dərsliklər mövcuddur və bu sahədə müvafiq platformalar fəaliyyət göstərir. Vətəndaşlar bəzən çap olunmuş dərslikləri əldə edə bilmədikdə, həmin dərsliklərin elektron variantlarını PDF formatında yükləyə bilirlər. Hazırda sərf rəqəmsal dərsliklərin istifadəsi məsələsi Nazirlikdə də müzakirə olunur və yaxın gələcəkdə müvafiq şirkət tərəfindən hazırlanacaq. Bu prosesdə dərsliklərin dili, verilən məlumatların dəqiqliyi, yığcam olması nəzərdə tutulur. Düşünürük ki, rəqəmsal dərsliklər geniş tətbiq olunmağa başladıqdan sonra kağız dərsliklərdən istifadənin miqyası xeyli azalacaq. Şagirdlər yalnız ağır çantalar yox, planşet aparmaqla ümumi bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Alınarsa, ən gec 5-10 il müddəti üçün nəzərdə tutulur. Çünki paytaxtda "elektron məktəb" layihəsi fəaliyyətə başlayıb. Əgər bu layihə özünü doğruldarsa, onun bütün ölkə üzrə təhsil müəssisələrini əhatə edəcək. Bu da yanaşma jurnallarının üzərində qiymətləndirmə aparılması və kağız jurnallardan istifadənin qarşısını almaq baxımından mühüm addım hesab olunur. Əgər dərsliklərdə də bu yenilik təsdiqini taparsa, gələcəkdə artıq məktəbli çantalarının ağırlığı ilə bağlı məsələ də gündəmdən çıxacaq".

Təhsil mütəxəssisi Kamran Əsədov da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

"Təhlil göstərir ki, Azərbaycan təhsilində son illər həyata keçirilən islahatların əsas istiqamətlərindən biri dərslik siyasətinin təkmilləşdirilməsi və onların həm məzmun, həm də texniki baxımdan şagirdlər üçün daha əlçatan edilməsidir. Elm və Təhsil Nazirliyinin yeni qərarı ilə kağız dərsliklərin təkmilləşdirilmiş versiyaları əsasında rəqəmsal dərsliklərin hazırlanması bu prosesin davamıdır və ölkənin təhsil sistemində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Nazirliklə "Innovative Business Products" şirkəti arasında 200 min manatlıq müqavilə bağlanması göstərir ki, artıq bu işlər üçün maliyyə dəstəyi ayrılıb və texniki icra mərhələsi başlayıb. Bundan əlavə, Təhsil Resursları Mərkəzi ilə imzalanmış 1 milyon 817 min manatlıq müqavilələr dərsliklərin digər dillərə tərcüməsi, törəmə nəşrlərin hazırlanması və metodik vəsaitlərin yenilənməsi istiqamətində genişmiqyaslı fəaliyyətin aparıldığını təsdiq edir.

Statistika da göstərir ki, Azərbaycanda hər il 1,5 milyona yaxın məktəbli təhsil alır və onların hər birinin çantasında orta hesabla 5–7 dərslik olur. Nazirliyin 2022-ci ildə apardığı monitorinqlərə görə, ibtidai sinif şagirdlərinin çantalarının çəkisi bəzən normativ həddi – yəni uşağın bədən çəkisinin 10-15%-ni aşır. Bu isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi "Uşaqların sağlamlığının qorunması haqqında" normativ sənədlərdə qadağan edilən haldır. Deməli, rəqəmsal dərsliklərin tətbiqi uşaqların sağlamlığı baxımından da zəruridir.

Müsbət tərəflərdən biri odur ki, rəqəmsal dərsliklər məktəblilərin ağır çanta probleminin həllinə kömək edəcək, eyni zamanda dərsliklərə fasiləsiz çıxış imkanı yaradacaq. Elektron resursların davamlı yenilənməsi nəticəsində müəllimlər və şagirdlər ən müasir biliklərdən faydalana biləcək. Məsələn, Finlandiyada rəqəmsal dərsliklər artıq 10 ildən çoxdur ki, geniş tətbiq olunur və bu model nəticəsində şagirdlərin oxu motivasiyası artıb, əlavə resurslara çıxış imkanı daha da genişlənib. Estoniyada isə rəqəmsal dərsliklər bütün məktəblərdə tətbiq olunub və bu ölkə "PISA" qiymətləndirmələrində Avropada ən yüksək nəticələrdən birini göstərir. Azərbaycanın bu yola çıxması müsbət və düzgün addımdır".

Məsələnin mənfi tərəfindən söz açan mütəxəssis deyib ki, bunun üçün hələ bütün məktəblərdə texniki baza tam hazır deyil:"Statistikaya görə, kənd yerlərində fəaliyyət göstərən məktəblərin 30%-dən çoxunda internet sürəti çox zəifdir və kompüter təminatı yetərli deyil. Bundan başqa, bəzi valideynlər övladlarının dərsləri yalnız planşet və ya telefon üzərindən izləməsini riskli hesab edir. Bu baxımdan, rəqəmsal dərsliklərin tətbiqi yalnız mərhələli şəkildə aparıldıqda real nəticə verəcək.

Qanunvericiliyə istinad etdikdə, "Təhsil haqqında" Qanunun 14-cü maddəsində tədris resurslarının müasir tələblərə cavab verməsi və elektron təhsil vasitələrinin tətbiqinin zəruriliyi vurğulanır. Həmçinin Nazirlər Kabinetinin 2009-cu ildə təsdiq etdiyi "Ümumi təhsil pilləsi üzrə dövlət standartları"nda da göstərilir ki, tədris vəsaitləri müasir texnologiyalardan istifadə etməklə hazırlanmalıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin addımı mövcud qanunvericiliyə tam uyğundur və dövlətin təhsil siyasətinin düzgün istiqamətdə getdiyini təsdiq edir.

Nə dəyişəcək sualına cavab olaraq qeyd etmək olar ki, rəqəmsal dərsliklərin tətbiqi ilə dərslik siyasəti daha çevik olacaq, şagirdlər fiziki kitab daşımaqdan qurtulacaq, müəllimlər üçün metodik materialların istifadəsi asanlaşacaq. Eyni zamanda, ölkənin təhsil bazarında yeni innovativ şirkətlərin fəaliyyəti genişlənəcək. Nə dəyişməlidir məsələsinə gəlincə, məktəblərdə texniki baza gücləndirilməli, bütün şagirdlər üçün kompüter və ya planşet təminatı həyata keçirilməli, internet infrastrukturunda ciddi addımlar atılmalıdır".

Kamran Əsədov hesab edir ki, bu, Elm və Təhsil Nazirliyinin müsbət işidir və təqdir olunmalıdır: "Nazirlik təhsilin modernləşdirilməsi istiqamətində həm pedaqoji, həm də texniki yenilikləri ölkəyə gətirir, qlobal təcrübəni nəzərə alır. Təhsil siyasətində rəqəmsallaşma və yeni nəsil dərsliklərin tətbiqi Azərbaycanın gələcəkdə daha güclü intellektual nəsil formalaşdırmasına xidmət edəcək. Elm və Təhsil Nazirliyini bu sahədə ardıcıl siyasətinə görə tərifləmək tam əsaslıdır, çünki bu addımlar sadəcə bir layihə deyil, dövlətin uzunmüddətli təhsil strategiyasının ayrılmaz hissəsidir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 684   Tarix: 20 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021