Çaydanı 10 dəqiqəyə ərpdən təmizləyir:Soda və limon turşusundan daha yaxşı məhlul
Bu təbii üsullardan istifadə etməklə siz yalnız çaydanınızı təmiz saxlamayacaq, həm də sağlamlığınıza diqqət göstərəcəksiniz, çünki suya aqressiv kimyəvi maddələr düşməyəcək.
Lent.az bu üsulu təqdim edir:
Çaydanı ərpdən necə təmizləmək olar?
Çaydanın içində yaranan ərp bir çox ev sahibləri üçün əsl problemdir. O, yalnız mətbəx qablarının görünüşünü korlamır, həm də suyun və içkilərin dadına təsir edir. Adətən limon turşusu və ya soda ilə təmizləmə üsulu tətbiq olunur, amma nənələrimizin istifadə etdiyi daha yaxşı bir üsul var. Gəlin unudulmuş, sadə və effektli üsulu xatırlayaq.
Çaydanı alma qabığı ilə təmizləmə üsulu
Əgər əlinizin altında limon turşusu yoxdursa, almadan istifadə edə bilərsiniz.
2 ədəd alma soyun.
Qabığı çaydanın içinə qoyun və 1 litr su əlavə edin.
Çaydanı orta ocağa qoyub qaynadın.
Əgər çaydan elektriklidirsə, ilk qaynamaqdan sonra suyu tökün, təzə su əlavə edib prosesi təkrarlayın.
Əgər adi çaydandadırsa, 7–10 dəqiqə qaynadın.
Proses bitdikdən sonra çaydanı təmiz su ilə yaxalayın. Alma qabığının tərkibindəki üzvi turşular sayəsində ərp təbii şəkildə həll olur.
Çaydanı sirkə ilə təmizləmə üsulu
Sirkə ərp təmizləmək üçün sınanmış üsuldur. Çaydanın içinə 500 ml su tökün və yarım stəkan sirkə əlavə edin. Ocağa qoyub qaynadın. Qaynadıqdan sonra ocağı söndürün və çaydanı 2 saat kənarda saxlayın ki, məhlul təsir etsin.
2 saatdan sonra məhlulu tökün və çaydanı bir neçə dəfə təmiz su ilə yuyun. Bu üsul hətta köhnə, qalın ərp qatı üçün də çox effektivdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 17140 Tarix: 25 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabr