Paparazzilərlə dalaşan 10 ULDUZ

Paparazzilərlə dalaşan 10 ULDUZMəşhurlar kameraların diqqətinə düşməyi öyrəşiblər, amma onların da səbri bir yerə qədərdir. Paparassilər həddindən artıq israrçı olduqda, şəkillərdə təkcə təbəssümlər yox, həm də qəzəbli üzlər, yumruqlar və sındırılmış kameralar görünür.

Lent.az xarici mediaya istinadla ulduzların özünü saxlaya bilmədiyi və fotoqrafları izləməyin əsl davaya çevrildiyi 10 ən səs-küylü hadisəni toplayıb.

Hyü Qrant

2007-ci ildə romantik cənab rolları ilə tanınan aktyor özünü itirib. O, paparassiyə lobya konservi atıb, ayağı ilə vurdu və onun uşaqları ilə bağlı şok edici söyüş qışqırıb. "Real sevgi" filmindəki ulduz üçün olduqca ironik situasiya.

Kanye Uest

2008-ci ildə LAX aeroportunda reper fotoqrafın kamerasını sındırıb, mühafizəçisi isə digər jurnalistə hücum edib. Onları həbs ediblər, amma qalmaqal Kanyenin partlayışa meyilli xarakteri barədə şöhrətini daha da artırıb.

Britni Spirs

2007-ci ildə məşhur başını qırxdığı sinir böhranı zamanı Britni yanacaqdoldurma məntəqəsində paparassinin maşınını çətirlə sındırıb. Uzun müddət məxfilik xahişlərindən sonra onun səbri tükənib və bütün səhnə anında mediaya düşüb.

Bjork

1996-cı ildə Banqkokda müğənni hava limanında jurnalist qadına hücum edib. Səbəb – onun oğlunu israrçı kameralardan qorumaq istəyi olub. Hadisə paparassilərlə bağlı ən qalmaqallı tarixlərdən birinə çevrilib.

Kventin Tarantino

Adətən mübahisələrdən qaçan rejissor bir dəfə Starbucksda qəhvə içərkən paparassilərdən bezib. Fotoqraf onu yaxın məsafədən israrla çəkib, bu da mübahisə yaradıb. Tarantino əvvəlcə hücuma keçib, amma tez özünü saxlayıb sadəcə uzaqlaşıb – qalmaqal və məhkəmədən qaçmaq üçün.

Mayk Tayson

2009-cu ildə LAX aeroportunda fotoqraf Taysonun dalınca düşüb, baxmayaraq ki, o, sakit buraxılmasını xahiş edib. Çempion əvvəlcə gizlənməyə, hətta mühafizəçilərə müraciət etməyə çalışıb, amma paparassi dayanmayanda boksçu özü müdaxilə edib və operator qorxduğundan dərhal geri çəkilib.

Castin Biber

2013-cü ildə Londonda müğənni maşına minmək istəyərkən fotoqraflardan biri onu təhqir etməyə başlayıb. Qəzəblənən Castin mühafizəçilərin arasından keçib cavab vermək istəyib və yalnız mühafizəçilərin müdaxiləsi toqquşmanı dayandırıb.

Sem Uortinqton və Lara Binql

Cütlük Nyu-Yorkda fotoqraf Şenq Li ilə davaya qarışıb. Uortinqton və Binql onun əvvəl hücum etdiyini deyiblər, amma video əksini göstərib. Ən gülməlisi isə Li aktyoru heç tanımayıb, onu yalnız avstraliyalı model maraqlandırıb.

Jamiroquai

Qrupun solisti Jay Kay 5 dəqiqəlik videoda əvvəlcə fotoqrafı təhqir edib, sonra qəfil başı ilə vurub. Nəticədə müğənninin özü qan içində qalıb və reputasiyasına zərbə dəyib.

Kris Martin

2003-cü ildə Coldplay qrupunun solisti avstraliyalı paparassiyə sərt cavab verib: onun maşınının şüşəsini sındırıb və təkərlərini deşib. Martin sanki fotoqrafa "öz üsullarının dadını" göstərmək istəyib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 785   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021