Bu qan qrupundan olanlar daha uzun yaşayır
Yapon alimləri araşdırıblar ki, hər bir qan qrupu immun müdafiədəki fərqlərə görə özünəməxsus "zəif nöqtələrə" malikdir. Bu səbəbdən müxtəlif xəstəliklərin riski də qan qruplarına görə dəyişir.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Qrup 0 (I) – "Uzunömürlülük Qrupu"
Bu qrupun daşıyıcıları xəstəliklərə qarşı ən dayanıqlı hesab olunurlar. Onlarda şəkərli diabet, insult, infarkt və revmatik qızdırma, zədələyici anemiya kimi autoimmun xəstəliklər daha az rast gəlinir. Buna görə də bu qrup "uzunömürlülərin qrupu" adlandırılır. Lakin zəif tərəfi də var: mədə və onikibarmaq bağırsaq xorasına tutulma riski digərlərindən yüksəkdir. Alimlər bunun səbəbini mədə şirəsinin yüksək turşuluğu ilə əlaqələndirirlər.
Qrup A (II)
Bu qan qrupuna sahib insanlarda tromboz halları daha çox olur, nəticədə infarkt və insult riski yüksəlir. Həmçinin II qrup şəkərli diabetə meyilliliyi artırır, bu da ürək-damar risklərini bir qədər də gücləndirir.
Qrup B (III)
İmmunitet baxımından 0 qrupdan sonra ikinci yerdədir. Bununla belə, B qrupu daşıyıcılarında ağciyər xəstəlikləri, xüsusən pnevmoniya və vərəm daha çox müşahidə olunur. Araşdırmalar göstərir ki, B qrupunda vərəm riski I qrupla müqayisədə 10% yüksəkdir. Bundan başqa, bağırsaq infeksiyaları da daha tez-tez baş verir.
Qrup AB (IV) – Ən nadir qrup
Ən az rast gəlinən qrupdur. Bu qrupun daşıyıcılarının immuniteti daha zəif sayılır, çünki onların qanında nə A, nə də B antigenlərinə qarşı anticisimlər olur. Buna baxmayaraq, AB qrupu daşıyıcıları bütün infeksiyalara həssas deyil, məsələn, xoleraya qarşı onların müqaviməti daha yüksəkdir.
Alimlər qeyd edirlər ki, bu qrupun az yayılması səbəbindən elmi araşdırmalar məhduddur və nəticələr hələ tam yekunlaşdırılmayıb.
Mütəxəssislər xatırladır ki, sağlam həyat tərzi, düzgün qidalanma, stressin azaldılması, müntəzəm tibbi müayinələr və hərəkətli həyat istənilən qan qrupundan asılı olmayaraq ürək-damar və digər xroniki xəstəliklərin riskini azalda bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 774 Tarix: 28 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabr