"Afərin" deməyi dayandırın: uşağa bunun əvəzinə...
"Afərin" sözü zərərsiz bir tərif kimi görünə bilər, amma psixoloqlar xəbərdarlıq edirlər ki, bu, uşağın inkişafını ləngidə bilər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, onun əvəzinə uşağın özünəinamını möhkəmləndirən və inkişafına motivasiya verən ifadələrdən istifadə etmək tövsiyə olunur.
Nəticəyə yox, səylərə yönəlmiş tərif uşaqlara prosesi qiymətləndirməyi öyrədir. "Sən çox çalışmısan!" kimi cümlələr onları işləməyə davam etməyə ruhlandırır. Ümumi sözlər məsələn, "afərin" uşağa nəyi yaxşı etdiyini anlamaq üçün ipucu vermir. Konkret tərif, məsələn, "Pazlı çox səliqəli yığmısan", uşağın şüurluluğunu və öz əməyini dərk etməsini inkişaf etdirir.
Niyə konkret tərif vacibdir?
Araşdırmalar göstərir ki, səylərinə görə təriflənən uşaqlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər. Onlar səhvdən qorxmur və daha çətin tapşırıqlara həvəslə başlayırlar.
"Mən dostuna kömək etdiyini gördüm" kimi cümlələr uşağın davranışlarının dəyərini vurğulayır. Bu, onda empatiya və məsuliyyət hissini gücləndirir. Müəyyən hərəkətlərə görə tərif – məsələn, "Sən çox maraqlı şəkil çəkdin" – uşağın yaradıcılıq təfəkkürünü inkişaf etdirir. Uşaqlar öz ideyaları ilə qürur duymayı öyrənirlər.
Psixoloqlar digər uşaqlarla müqayisədən qaçmağı tövsiyə edirlər. "Sən çox yaxşı həll tapdın" kimi ifadələr uşağın fərdiliyinə diqqəti yönəldir.
Həddindən artıq tərifin riski
Həddindən artıq tərif uşağın başqalarının təsdiqinə həddindən artıq bağlı olmasına səbəb ola bilər. Konkret şərhlər isə uşağa özünü müstəqil qiymətləndirməyi öyrədir. Proqresi vurğulayan cümlələr, məsələn, "Artıq daha yaxşı oxuyursan" uşağı inkişaf etməyə motivasiya edir. Bu, bacarıqların daim təkmilləşdirilə biləcəyini göstərir.
Valideynlər üçün məsləhət
Valideynlər suallar verə bilərlər, məsələn: "Bunu necə düşündün?" Bu, uşağın öz hərəkətlərini analiz etməsinə və özünəinamının artmasına kömək edir.
Araşdırmalar göstərir ki, konkret təriflər uşağın özünəqiymətini artırır. Belə uşaqlar uğursuzluqlara qarşı daha dözümlü olur. Uşağın səylərini və nailiyyətlərini görən sözlər onda özünəinam yaradır.
Valideynlər düzgün tərifdən istifadə etməklə uşaqların özünəinamlı böyüməsinə kömək edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1172 Tarix: 28 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
16 sentyabr 2021Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy
8 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR
Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ
14 sentyabr 2021Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"
Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind
8 sentyabr 2021