Britaniyada 90 animatronik dinozavrın olduğu park satılır
Böyük Britaniyanın Tenbi şəhərindəki dinozavrlar tematik parkı 4 milyon funt sterlinqə satışa çıxarılıb.
Oxu.Az-ın "Luxury Property News" nəşrinə istinadən verdiyi məlumata görə, parkda 36 attraksion, kafe, suvenir mağazası, meşə cığırı və 90 animatronik dinozavr var.
Park 1994-cü ildə tikilib və ilk dəfə satışa çıxarılıb. Parkın hazırkı sahibləri təqaüdə çıxmaq qərarına gəliblər və hal-hazırda gəlirli biznesləri üçün yeni bir menecer axtarırlar.
Qeyd olunub ki, 2025-ci ilin mart ayında park 1 055 099 funt sterlinq gəlir əldə edib. Daşınmaz əmlak "Christie & Co" hərracında 3 999 950 funt sterlinqə satılır.
Hazırda park normal rejimdə işləyir və sahibləri parkın mülkiyyətçisi dəyişənə qədər onu idarə etməyi və yeni ziyarətçilər qəbul etməyi planlaşdırırlar.
Biletin qiyməti böyüklər üçün 17,95 funt sterlinq, 3-15 yaş arası uşaqlar üçün isə 16,50 funt sterlinqdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 706 Tarix: 29 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabr