Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Dünya siyasətinin gündəmində olan "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı liderləri bir arada görməyimizlə yanaşı, digər maraqlı detallarla da yadda qalıb.

Belə ki, Danimarkanın Baş naziri Mette Frederiksenin dövlət və hökumət başçılarını qarşıladığı məkanda günəbəxan tarlası fonu yer alıb.

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Eyni zamanda hər bir tədbir iştirakçısının masasının üzərinə də Danimarkanın dünyaca məşhur şirkəti "Lego Group"a məxsus günəbaxan leqosu qoyulub. Bu, tədbirə ev sahibliyi edən ölkənin qonaqlara simvolik jesti kimi qiymətləndirilə bilər.

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Bu məqamda sual ortaya çıxır: niyə məhz günəbaxan? Bu toplantının günəbaxan detalları fonunda keçirilməsi hansı rəmzi mənanı daşıyır?

Əvvəlcə onu qeyd edək ki, toplantının əsasını Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular təşkil edir.

Əsas mövzulardan birinin Rusiya-Ukrayna olduğuna nəzər yetirsək, Aİ Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən Ukraynaya dəstəyini açıq şəkildə ifadə edir. Belə olduğu zaman görürük ki, tədbirdə günəbaxan simvollarının yer alması heç də təsadüfü deyil...

Günəbaxan Ukraynanın əsas simvollarından biridir. O, ölkənin milli gülü, dünyanın sülh və dözümlülük simvoludur. Bu güllər hələ XIX əsrdə Şimali Amerikadan Ukraynaya gətirilib və Ukrayna iqtisadiyyatının dayağı hesab olunur.

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Günəbaxanlar Ukrayna xalqı üçün həm də ümid və yenilənmə rəmzidir. Tarixə nəzər salsaq, köklərin Çernobıl faciəsinə gedib çıxdığını daha yaxşı görərik. 1994-cü ildə bir qrup amerikalı tədqiqatçı təcrid zonasına gəlib və həmin ərazidə eksperiment aparıblar. Onlar müəyyən bir əraziyə günəbəxan toxumları əkiblər və həmin sahədə möcüzəvi bir şey aşkar ediblər. Həmin güllər torpaqdan radioaktiv maddələrin 95%-ni çıxara bilib. Daha sonra 1996-cı ildə Ukrayna, Rusiya və ABŞ müdafiə nazirləri nüvə silahlarının ləğvi və sülh naminə Pervomaysk raket bazasında birlikdə günəbaxanlar əkiblər.

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Elə həmin gündən bu günə kimi sözügedən gül ukraynalılara həmrəylik göstərilməsinin əsas üsullarından birinə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra da bunun şahidi oluruq...

Hətta müharibə başlayandan sonra Ukraynanın Henyçesk şəhərində bir qadın rus əsgərlərə günəbaxan toxumları verərək deyib: "Bu toxumları cibinizə qoyun ki, öldüyünüz yerdə günəbaxanlar çıxsın".

Bundan başqa, müharibə başlayandan sonra ABŞ-nin keçmiş Prezidenti Co Baydenin xanımı Cil Bayden Ukraynaya dəstək məqsədilə günəbaxan detalı ilə bəzənmiş don geyinib və maska taxıb.

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Hətta Londonda Ukraynanı dəstəkləyən bir qrup şəxs Britaniyadakı Rusiya Səfirliyinin qarşısına müharibə başlayan gündən günəbaxan çiçəkləri düzürlər.

Ukrayna hər dəfə xalqın sınandığı faciələrlə üzləşsə də, günəbaxanların sülh simvolu kimi mənası nəinki həmin ölkədə, hətta dünyada belə dəyişməyib.

Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Hər bir liderin stoluna qoyulan - Günəbaxanların sirri...Qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3058   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021