Nadir "Ford Mustang" avtomobili hərraca çıxarılıb
Populyar "Bring a Trailer" onlayn hərrac platformasında ABŞ avtomobil sənayesinin əfsanələrindən biri olan "Ford Mustang Boss 429" modelinin unikal nümunəsi satışa çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Auto.ru məlumat yayıb.
Məlumata görə, satışa çıxarılan bu nüsxə standart modeldən fərqli olaraq nəhəng 9.8 litrlik mühərriklə təchiz edilib və gücü inanılmaz 1000 at qüvvəsindən artıqdır. Hərracın bitməsinə dörd gün qalmasına baxmayaraq, avtomobilin qiyməti artıq 105 min dollara çatıb.
Bu xüsusi "Mustang" əslində 1969-cu ildə istehsal edilən "Boss 429" modelidir. Avtomobilin orijinal versiyasında 7.0 litrlik V8 mühərriki quraşdırılmışdı. Bu nəhəng mühərrik kapot altında yerləşmədiyindən, "Ford" mühəndisləri avtomobilin asqısını yenidən layihələndirməli və akkumulyatoru baqaja köçürməli olublar. "Boss 429" iki il ərzində cəmi 1 358 ədəd buraxılıb.
Orijinal mühərrik 15:1 sıxma nisbəti olan 9.8 litrlik nəhənglə əvəz edilib və dinamometrik sınaqlar zamanı bu mühərrik 1062 at qüvvəsi göstərib. Odometrin göstəricisinə əsasən, avtomobilin ümumi yürüşü 100 min kilometrdir.
Mühərrikin gücündəki radikal artıma baxmayaraq, "Mustang Boss 429" digər cəhətlərdən, demək olar ki, orijinala uyğundur. Avtomobil, hətta arxa barabanvari əyləclərini və orijinal radio qəbuledicisini belə qoruyub saxlayıb. Dördpilləli mexaniki transmissiya və karbon lifli kardan valı vasitəsilə güc arxa təkərlərə ötürülür.
"Ford Mustang Boss 429" avtomobil mədəniyyətinin əfsanəvi nümunələrindən biri olaraq, həm kolleksiyaçılar, həm də güclü klassik avtomobil həvəskarları arasında hər zaman yüksək dəyər daşıyıb. 1969-1970-ci illərdə məhdud sayda istehsal edildiyi üçün bu model nadir tapılan və yüksək qiymətləndirilən avtomobillərdən biridir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1926 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
16 sentyabr 2021Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy
8 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR
Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ
14 sentyabr 2021Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"
Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind
8 sentyabr 2021