Sofi Lorenin yeni fotosu yayıldı: əfsanəvi aktrisa indi necə görünür?
İnternetdə sentyabrın 20-də 91 yaşı tamam olan əfsanəvi italyan aktrisa Sofi Lorenin yeni fotosu yayılıb.
Lent.az xəbər verir ki, şəkili aktrisanın böyük oğlu, dirijor Karlo Pontinin yeni həyat yoldaşı onun Instagram hesabında paylaşılıb. Cenevrədə baş tutan nikah mərasimində çəkilən fotolarda Sofi Loreni də görmək mümkündür – kiçik oğlu Eduardo Ponti onun əlindən tutur.
Məlum olduğu kimi, 56 yaşlı Karlo Ponti və gürcü fitnes-məşqçi Mariam Şarmanaşvilinin toyu hələ 26 iyulda Gürcüstanın qədim Mtsxeta şəhərində, Samtavro monastırında baş tutub. Aktrisanın oğlu hətta pravoslavlığı qəbul edib və Davit adını alıb.
Qeyd edək ki, Sofi Loren gözəlliyi, cazibəsi və istedadı ilə tanınan əfsanəvi italyan aktrisadır. O, 1950–1970-ci illərin klassik italyan və Hollivud filmlərindəki rolları sayəsində dünya şöhrəti qazanıb. Xüsusilə "İki qadın" ("La Ciociara") filmindəki rolu ilə "Oskar" mükafatına layiq görülüb və bu mükafatı qazanan ilk italiyalı aktrisa olub.
Sofi Lorenin hər iki oğlu onun 2007-ci ildə vəfat edən həyat yoldaşı, italyan kinoprodüseri Karlo Ponti ilə evliliyindən dünyaya gəlib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1030 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrRənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabr