Yazıların süni intellektlə yazılıb-yazılmadığını yoxlamağın ən asan üsulu

Yazıların süni intellektlə yazılıb-yazılmadığını yoxlamağın ən asan üsuluPartnyordan gözlənilmədən romantik bir SMS almaq münasibətlərin yüksəlişdə olduğunu göstərə bilər. Lakin bir mesaj hər zaman səmimi duyğuların ifadəsi demək deyil. Süni intellekt əsaslı çat-botlar, xüsusilə ChatGPT, getdikcə daha çox populyarlıq qazanır və bir çox insan şəxsi yazışmalarda belə, onlardan istifadə edir.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Sosial şəbəkələrdə onlarla istifadəçi etiraf edib ki, onlar həm təsadüfi simpatiyalar, həm də uzunmüddətli romantik münasibətlər üçün mesajların hazırlanmasında süni intellektdən istifadə edirlər.ə

Süni şəkildə yaradılmış mesajlar çox inandırıcı görünə bilsə də, mütəxəssislər izah edirlər ki, AI tərəfindən yazılmış mətnləri tanımaq üçün bir neçə sadə əlamət var.

Dil üzrə tədqiqatçı və yazıçı Naomi Olderman məsləhət görür ki, diqqəti mesajın məzmununa deyil, sözlərin bir-biri ilə necə işlədiyinə yönəldin.

Mütəxəssislər AI tərəfindən yaradılan mesajların 7 əsas əlamətini fərqləndirirlər:

Həddindən artıq düzgün forma

AI çox vaxt "neytral, mehriban və peşəkarcasına nəzakətli" üslub formalaşdırır. Modelin məqsədi yardımçı olmaq olduğuna görə, nəticədə mətnlər fərdi səs tonundan məhrum, çox bənzər səslənir. Olderman deyir: "Hətta siz süni intellektdən iti və ya sarkastik olmağı xahiş etsəniz belə, çox vaxt bu stil süni və şişirdilmiş hiss olunur".

Sözlər yerindədir, amma məna azalır

Cümlələr qrammatik cəhətdən düzgün görünsə də, onları diqqətlə oxuyanda mənanın itməsi mümkündür. Sosial şəbəkə istifadəçiləri zarafatla deyirlər ki, bəzən onların mesajlarında təsadüfən AI cavabının hissələri qalır.

Ayrı-ayrı sözlərin uyğun gəlməməsi

Bəzən ümumi məna doğru olsa da, bəzi sözlər yerinə düşmür, sanki sadə ifadə sinonimlə əvəzlənib, amma nəticədə təbii səslənmir. Olderman bunu sitkomlardakı səhnələrlə müqayisə edir, harada sadə ifadəni daha mürəkkəb sözlə əvəzləmək gülməli dərəcədə qəribə nəticə verir.

Heç kimin səsli deməyəcəyi cümlələr

Sadə test: mesajı ucadan oxuyun və ya sevgilinizin onu səsli dediyini təsəvvür edin. Əgər səslənməsi təbii deyil və ya "çox məşq olunmuş" təsiri bağışlayırsa, bu, AI yazısıdır.

Şəxsi baxış bucağının olmaması

İnsanın yazdığı mətndə adətən hiss olunur ki, o, müəyyən emosiyadan və ya mövqedən çıxış edir. AI isə çox vaxt neytral, şəxsiyyətsiz ifadələr yaradır — sanki bürokratik sənəddən çıxıb.

Zəif üslub

Bəzən AI yazını "gözəlləşdirmək" üçün istifadə olunsa da, nəticə ritmsiz və "düz" görünür. Bu xüsusilə poetik və ya emosional mesajlarda nəzərə çarpır.

Digər AI ilə yoxlama

Əgər şübhəniz varsa, həmin mesajı ChatGPT və ya oxşar sistemə daxil edib soruşmaq olar: bu mətn AI tərəfindən yaradılıb, ya yox? Bu məqsədlə xüsusi onlayn alətlər də mövcuddur. Lakin yadda saxlamaq lazımdır ki, heç biri tam dəqiqliklə nəticə vermir.

Mütəxəssislər bildirirlər ki, AI-ya "insan kimi yaz" və ya "detektorlar üçün az tanınan et" tapşırığı verməklə bu izləri gizlətmək mümkündür. Amma çoxları bu addımı atmır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 733   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

22 yaşlı qadın məşqçinin cavabı gündəm oldu: "Bu komandanı qadınlar aşağı liqaya salmayıb" - VİDEO

Türkiyənin "Turgutluspor" klubunun 22 yaşlı baş məşqçisi Zeynep Mestanın televiziya proqramında yayımlanan yeni görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, proqramın aparıcısı Beyazıt Öztürkün qadınların futboldakı mövqeyi ilə bağlı sözlərinə gənc məşqçinin verdiyi cava

17 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr