"Azərbaycanda ibtidai təhsilin məzmununun və dərs yükünün yenidən qiymətləndirilməsinə ciddi ehtiyac yaranıb" - AÇIQLAMA

"Azərbaycanda ibtidai təhsilin məzmununun və dərs yükünün yenidən qiymətləndirilməsinə ciddi ehtiyac yaranıb" - AÇIQLAMA"İlk növbədə qeyd edim ki, Azərbaycanda ibtidai təhsilin məzmununun və dərs yükünün yenidən qiymətləndirilməsinə ciddi ehtiyac yaranıb. Təhlillər göstərir ki, hazırkı tədris proqramı uşaqların yaş psixologiyasına və öyrənmə ritminə tam uyğun gəlmir. Valideynlərin və müəllimlərin artan narazılığı da bunu təsdiqləyir. Bu narazılığın səbəbi təkcə fənlərin çoxluğu deyil, həm də dərslərin məzmun və intensivliyinin 6–10 yaşlı uşaqların idrak səviyyəsinə nisbətən ağır olmasıdır".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

"Azərbaycanda ibtidai təhsilin məzmununun və dərs yükünün yenidən qiymətləndirilməsinə ciddi ehtiyac yaranıb" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, nazirlik tədris planlarında fənlərarası inteqrasiyanı gücləndirmək, mövzu təkrarlanmalarını aradan qaldırmaq və ibtidai siniflərdə tapşırıq miqdarını azaltmaq istiqamətində addımlar atır:

"Azərbaycan Respublikasının "Ümumi təhsil haqqında" Qanununun 13.1.2-ci maddəsində göstərilir ki, ümumi təhsilin məqsədlərindən biri "təhsilalanın fərdi imkanlarını və maraqlarını nəzərə almaqla şəxsiyyətin hərtərəfli inkişafına şərait yaratmaq"dır. Lakin ibtidai siniflərin proqramı bəzən bu məqsədi həyata keçirməkdə çətinlik çəkir. Məsələn, birinci sinif şagirdlərinin həftəlik dərs yükü 24–26 saat, ikinci sinifdə 27–28 saata qədər artır. Bununla yanaşı, ev tapşırıqları və hazırlıqlar da əlavə olunur ki, bu, uşağın gündəlik fəaliyyət müddətini 6–7 saata qədər uzadır. OECD standartlarına görə, ibtidai təhsildə optimal dərs yükü həftəlik 20–22 saatdan çox olmamalıdır.

Elm və Təhsil Nazirliyinin 2023-cü ildə təqdim etdiyi "Ümumi təhsil sistemində dərs yükünün optimallaşdırılması" istiqamətli tədbirlər planı müsbət və irəliyə doğru addımdır. Nazirlik tədris planlarında fənlərarası inteqrasiyanı gücləndirmək, mövzu təkrarlanmalarını aradan qaldırmaq və ibtidai siniflərdə tapşırıq miqdarını azaltmaq istiqamətində addımlar atır. Bu, uşaqların psixoloji yüklənməsini azaltmaqla yanaşı, öyrənmə prosesini daha maraqlı və yaradıcı hala gətirə bilər.

Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə ibtidai təhsil uşağın kognitiv bacarıqlarının deyil, öyrənməyə marağının formalaşmasına əsaslanır. Finlandiyada ibtidai siniflərdə dərs yükü az, lakin oyun əsaslı təlim metodikası çoxdur. Uşaq dərs zamanı həm öyrənir, həm də sosiallaşır. Yaponiya və Estoniyada da eyni yanaşma tətbiq olunur: burada uşağın psixoloji rifahı bilik həcminin çoxluğundan daha vacib sayılır. Azərbaycanda bu istiqamətdə pilot məktəblərin yaradılması və tədris metodlarının sınaqdan keçirilməsi məqsədəuyğun olardı".

Təhsil eksperti onu da vurğuladı ki, tədris yükünün artması yalnız uşaqları deyil, müəllimləri də yükləyir:

"Müəllimlər çox vaxt proqramı tamamlamaq üçün sürətlə dərs keçməyə məcbur qalır, bu isə fənlərin mahiyyətinin şagirdlər tərəfindən dərk olunmasını çətinləşdirir. Nəticədə öyrənmə prosesi məqsədyönlü deyil, formal xarakter daşıyır. Halbuki "Təhsil haqqında" Qanunun 5.1.3-cü maddəsində qeyd olunur ki, təhsil sisteminin əsas prinsiplərindən biri "təlimin insanın yaş və psixoloji xüsusiyyətlərinə uyğun təşkil edilməsidir".

Bu baxımdan, dərs yükünün azaldılması və fənlərin məzmununun sadələşdirilməsi yalnız pedaqoji deyil, həm də sosial zərurətdir. Dərs saatlarının azalması uşaqlara oyun, istirahət və yaradıcılıq üçün daha çox zaman qazandıracaq. Bu, həm də məktəbdənkənar fəaliyyətlərin – musiqi, idman, incəsənət dərnəklərinin inkişafına təkan verəcək.

Elm və Təhsil Nazirliyinin bu məsələyə diqqət yetirməsi müsbət tendensiyadır. Son illərdə ibtidai təhsildə qiymətləndirmə sisteminin dəyişdirilməsi, şagirdlərə sinifkeçmə təzyiqinin azaldılması, dərs planlarının yenilənməsi və psixoloq ştatlarının artırılması kimi addımlar atılıb. Bu siyasət uşağın şəxsiyyətini mərkəzə alan yeni təhsil fəlsəfəsinə keçidin göstəricisidir. Nazirlik həmçinin beynəlxalq təcrübələri öyrənərək "məzmun yüklü" dərs modelindən "təcrübə əsaslı" öyrənmə modelinə keçidi hədəfləyir.

Mövcud vəziyyətin dəyişməsi təkcə fənlərin sayının azalması ilə deyil, təlimin keyfiyyətinin artırılması ilə mümkündür. Dərslərin inteqrativ şəkildə qurulması, oyun əsaslı metodların tətbiqi, ev tapşırıqlarının fərdiləşdirilməsi, valideynlərin maarifləndirilməsi kimi tədbirlər müsbət nəticə verəcək.

Hesab edirəm ki, ibtidai siniflərdə dərs yükünün optimallaşdırılması həm uşağın psixoloji sağlamlığının qorunması, həm də öyrənmənin keyfiyyətinin yüksəldilməsi baxımından vacibdir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki təşəbbüsləri təhsil siyasətində insana yönəlik yanaşmanın güclənməsini göstərir və bu, Azərbaycanın təhsil sisteminin gələcək modernləşməsi üçün əhəmiyyətli təməl yaradır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4030   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr