"Azərlotereya" jurnalistlər üçün "Kintsugi" transformasiya təlimi təşkil edib - VİDEO
"Azərlotereya" ASC-nin "Media Klub" layihəsi çərçivəsində bu dəfə "Kintsugi" transformasiya proqramı əsasında xüsusi təlim keçirilib. Tədbirdə müxtəlif media qurumlarını təmsil edən 10 xanım jurnalist iştirak edib.
Bu barədə Sonxeber.az xəbər verir.
"Kintsugi" yapon fəlsəfəsinə əsaslanan və qırılmış qabların qızıl vasitəsilə bərpasını ifadə edən sənət növüdür. Bu yanaşma simvolik olaraq, insanın yaşadığı çətinlikləri gizlətmək deyil, onları qəbul edərək dəyərə çevirməyi təşviq edir. Beləliklə, çatlar zəifliyin deyil, yaşanmış təcrübənin və daxili gücün ifadəsinə çevrilir.
Təlim yaşam koçu və təlimçi Fidan Əliheydər tərəfindən aparılıb. Sessiya çərçivəsində iştirakçılara kintsugi fəlsəfəsinin əsas prinsipləri əsasında şəxsi inkişaf və emosional dayanıqlılığın gücləndirilməsinə yönəlik praktik alətlər bölüşülüb.
İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçılar yaradıcı tapşırıqlar icra ediblər. Kasalar öncə sındırılıb, daha sonra isə diqqətlə bərpa olunaraq bəzədilib. Bu proses daxili potensialın kəşfi və fərdi bütövlüyün yeni formada qurulması kimi izah olunub. Təlim boyunca iştirakçılar şəxsi təcrübələrini bölüşərək emosional yüngülləşmə və özünüdərk istiqamətində müsbət nəticələr əldə ediblər.
Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi