Pişiklərin insan sağlamlığına təsiri - 4 mühüm fakt

Pişiklərin insan sağlamlığına təsiri - 4 mühüm faktPişiklər yalnız sevinc bəxş etmir, həm də insanın psixi və fiziki sağlamlığına müsbət təsir göstərir. Onların mülayim mırıltısı, sakitliyi və sədaqəti stres səviyyəsini azaldır, emosional dayanıqlığı gücləndirir və ümumi əhval-ruhiyyəni yaxşılaşdırır.

Bu barədə Lent.az məlumat verir:

1. Pişiklər təkliyə qarşı kömək edir

Bir çox insanlar üçün pişiklər ailə üzvü kimi qəbul olunur. Araşdırmalara görə, ev heyvanı sahiblərinin 80%-dən çoxu pişiklərini "övladları" adlandırır və hətta onların doğum günlərini qeyd edir. Bu münasibət emosional bağları dərinləşdirir, tənhalıq və narahatlıq hissini azaldır. Pişiklə oynamaq, onun davranışını izləmək və maraqlı vərdişlərinə şahid olmaq xoşbəxtlik hormonlarının ifrazını artırır və emosional dəstək hissi yaradır.

2. Pişiklər stres səviyyəsini azaldır

Pişiklər insanın sinir sisteminə sakitləşdirici təsir göstərir. Bir tədqiqat zamanı stresli tapşırıqları pişik yanında yerinə yetirən iştirakçılar ən aşağı qan təzyiqi və ürək döyüntüsü göstəricilərinə malik olublar. Cəmi 10 dəqiqəlik ünsiyyət belə kortizol (stres hormonu) səviyyəsini azaldır. Pişiklə davamlı təmas zamanı isə bu effekt daha uzunmüddətli olur.

3. Pişiklər emosional vəziyyəti yaxşılaşdırır

Pişiklərlə ünsiyyət insanda sakitlik, inam və balans hissi formalaşdırır. Onlarla vaxt keçirən insanlar daha mərhəmətli, diqqətli və sosial baxımdan açıq olurlar. Xüsusən də narahatlıq və ya ünsiyyət çətinliyi yaşayanlar üçün pişiklər emosional dayaq rolunu oynayır. Onların varlığı təhlükəsizlik və rahatlıq atmosferi yaradır, daxili harmoniyanı bərpa etməyə kömək edir.

4. Pişiklər fiziki sağlamlığa da xeyirlidir

2022-ci ildə aparılan araşdırma göstərib ki, pişiklərlə gəzintiyə çıxmaq yalnız əhvalı yüksəltmir, həm də fiziki aktivliyi artırır və ürək-damar xəstəliklərinin riskini azaldır. Ən maraqlı məqam isə pişiklərin mırıltısıdır onların 25-150 hers diapazonundakı səsi insanın ürək-damar və tənəffüs sisteminə müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, bu səs rahatlama hissini gücləndirir və ürək xəstəlikləri riskini azalda bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 903   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Quru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir

"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi

15 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr