"Google" şirkətinin ofisində taxtabiti təşvişi: İşçilər uzaqlaşdırıldılar
"Google" şirkətinin Nyu-York ofisinin əməkdaşları mümkün taxtabiti hücumu səbəbindən müvəqqəti olaraq məsafədən iş rejiminə keçiblər.
Oxu.Az bildirir ki, bu barədə "İndependent" nəşri məlumat verib.
Məlumata görə, şirkətin ekologiya, sağlamlığın mühafizəsi və təhlükəsizlik şöbəsinin məktubunda bildirilib ki, dezinfektorlar və xüsusi təlim keçmiş it böcəklərin mövcudluğuna dair inandırıcı əlamətlər aşkar edib.
Yoluxmanın Çelsi rayonunda yerləşən kampusdakı böyük yumşaq oyuncaqlardan qaynaqlandığı ehtimal edilir. Lakin hələ ki bununla bağlı rəsmi təsdiq yoxdur.
Məktubda işçilərdən xahiş edilib ki, binalar təmizlənib qurtarmayana qədər ofisə gəlməsinlər. Buna baxmayaraq, bəzi əməkdaşlar yenə də işə çıxıblar.
"Google" həmçinin ehtiyat tədbiri olaraq Nyu-Yorkun digər ərazilərində də əlavə yoxlamalara başlayıb. İşçilərdən həm ofisdə, həm də evdə istənilən dişləmə və ya taxtabiti əlamətləri barədə məlumat vermələri, lazım gələrsə, peşəkar dezinsektorlara müraciət etmələri xahiş edilib.
Mütəxəssislər qeyd edirlər ki, yataq taxtabitilərini məhv etmək olduqca çətindir. Böcəklər sürətlə çoxalır və adi insektisidlərə qarşı dayanıqlıdırlar. Onlar geyim, baqaj və şəxsi əşyalar vasitəsilə yayıla bilərlər ki, bu da hətta təmizlənmədən sonra belə təkrar infeksiya riskini artırır.
Qeyd edək ki, "Google" ofislərində oxşar insident 2010-cu ildə də baş vermişdi. O zaman Doqquzuncu avenyu küçəsindəki binada taxtabitiləri aşkarlanmışdı.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 516 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"
10 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"
8 sentyabr 2021Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy
8 sentyabr 2021Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO
Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb
10 sentyabr 2021"Google" xəritəsindən mistik görüntü - VİDEO
Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd
7 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021