Evdən siçanları necə qovmaq olar: Gəmiricilərin dözə bilmədiyi 15 qoxu

Evdən siçanları necə qovmaq olar: Gəmiricilərin dözə bilmədiyi 15 qoxuSiçanlar — evlərdə ən çox rast gəlinən, qurtulması çətin olan zərərvericilərdir. Əgər tələlərdən istifadə etmək istəmirsinizsə, bu gəmiricilərlə mübarizənin daha insani üsulları da var. Söhbət siçanların nifrət etdiyi qoxulardan gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Spruce" yazır.

Zərərvericilərlə mübarizə üzrə mütəxəssislər Brett Bennett və Georgios Liakopoulos bu məqsədlə işləyən 15 effekti qoxunu açıqlayıblar.

1. Darçın
Siçanlar kəskin qoxuları sevmirlər və darçının aromatı onlar üçün çox xoşagəlməzdir. Siçan gördüyünüz və ya şübhələndiyiniz yerlərə darçın səpin.

2. Sirkə
Sirkənin güclü turş qoxusu siçanları uzaqlaşdırır. Ondan mətbəxi və digər yerləri təmizləmək üçün istifadə edin. Uzunmüddətli effekt üçün sirkəyə batırılmış pambıq toplarını evin müxtəlif yerlərinə yerləşdirin.

3. Nanə yağı
Nanə yağının mentollu qoxusu siçanlar üçün çox xoşagəlməzdir. Pambıq toplarını bu yağla isladın və evin müxtəlif yerlərinə qoyun. Həmçinin, təmizlik vasitələrinə bir neçə damcı əlavə edə bilərsiniz.

4. Ammiak
Ammiakın iti qoxusu insan üçün belə xoş deyil və yüksək miqdarda zəhərlidir. Onu çox ehtiyatla istifadə etmək lazımdır. Effektivliyi tam sübut edilməsə də, bəzi hallarda siçanları uzaqlaşdırdığı müşahidə olunub.

5. Qırmızı istiot (kayan bibər)
Bu ədviyyatın kəskin qoxusu siçanları uzaq tutur. Darçın kimi, onu da siçanların keçə biləcəyi yerlərə səpə bilərsiniz.

6. İngilis duzu (Epsom duzu)
Bu duzun acı qoxusu siçanlara xoş gəlmir. Onu evin perimetri boyu və giriş nöqtələrinə səpin.

7. Naftalin
Naftalinin güclü qoxusu siçanlara qarşı təsirli olsa da, uşaqlar və ev heyvanları üçün zərərlidir. Ona görə istifadə edərkən çox diqqətli olmaq lazımdır.

8. Evkalipt yağı
Evkalipt yağı da nanə yağı kimi təsir göstərir. Siçanların aktiv olduğu yerlərə az miqdarda çəkin.

9. Çili yağı
Bu da siçanların sevmədiyi ədviyyatlardandır. Yağla isladılmış pambıq toplarını giriş yerlərinə yerləşdirin.

10. Mixək yağı
Mixəyin güclü ədviyyəli qoxusu siçanlara xoş gəlmir. Yağı pambıq toplarına çəkin və evin müxtəlif yerlərinə qoyun.

11. Sarımsaq
Sarımsağın kəskin qoxusu siçanları uzaqlaşdırır. Onun dişlərini və ya tozunu giriş yerlərinə qoymaq kifayətdir.

12. Lavanda
Lavanda insanların xoşuna gəlsə də, siçanlar bu qoxudan qaçırlar. Pambıq toplarını lavanda yağı ilə isladın və evdə yerləşdirin.

13. Soğan
Soğanın tərkibindəki üzvi kükürd birləşmələri siçanlar üçün dözülməzdir. Soğan qabıqlarını və ya dilimlərini şübhəli yerlərə qoyun.

14. Berqamot
Berqamot efir yağının qoxusu siçanlar üçün xoşagəlməzdir. Pambıq toplarını bu yağla isladın və evin müxtəlif yerlərinə yerləşdirin.

15. Sidr yağı
Sidr ağacının qoxusu siçanları və digər həşəratları uzaqlaşdırır. Mətbəx dolablarına və giriş nöqtələrinə bir neçə damcı sürtün.

Qoxulardan istifadə qaydaları
•Qoxuları tez-tez yeniləyin, çünki zamanla təsirini itirir.
•Pambıq toplarını qoxulu maddələrlə isladın – bu, daha güclü effekt yaradır.
•Təmizlik vasitələrinə bir neçə damcı əlavə edin, beləliklə həm təmizlik, həm də qorunma təmin olunur.

Siçanlarla mübarizədə əlavə tədbirlər
•Divar və döşəmədəki deşikləri bağlayın. Siçanların giriş yollarını məhdudlaşdırın.
•Human tələlərdən istifadə edin – siçanı zərər vermədən tutub küçəyə buraxa bilərsiniz.
•Qida və suyu açıqda saxlamayın. Bu, siçanları cəlb edir.
•Əgər problem böyüyübsə, mütəxəssis çağırın.
•Və nəhayət — pişik saxlamaq siçanlara qarşı ən qədim və təsirli üsuldur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 23654   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021