Evdə gizli problemlərdən xəbər verən 11 əlamət

Evdə gizli problemlərdən xəbər verən 11 əlamətPsixoloqlar stressi, daxili tükənmişliyi və emosional çətinlikləri göstərə bilən 11 əlaməti müəyyən ediblər. Məsələn, mənzilimiz sözlərimizdən daha çox şey deyə bilər. Psixoterapevtlərin fikrincə, ev mühiti çox vaxt insanın cari psixoloji durumunu əks etdirir. Ev çox zaman sahibinin zahirən sakit görünsə də, onun narahatlığını, yorğunluğunu və gücsüzlüyünü "güzgü kimi" göstərir.

Lent.az bu 11 əlaməti təqdim edir:

Yaşayış yeri "ümumi zehnin vəziyyətinin" emosional, fiziki, sosial və ruhi rifahın əksi sayılır. Hətta xırda detallər, məsələn, səpələnmiş əşyalar və ya boş soyuducu belə, daxili çətinliklərdən xəbər verə bilər.

Mütəxəssislər emosional narazılığı tanımağa imkan verən xarakterik 11 əlaməti belə sıralayırlar

Yığılmamış çarpayı. Psixiatr Syuzan Traxmanın sözlərinə görə, səhərlər çarpayını yığmaq vərdişi nizam və nəzarət hissi yaradır. Çarpayı daim səliqəsiz qalırsa, bu, rejimin itməsi və apatiyadan xəbər verə bilər.

Kirlər içində qablar. Ev işləri ilə məşğul olmaq əhval-ruhiyyənin yaxşılaşması ilə bağlıdır. Lakin mətbəxdə xroniki səliqəsizlik depressiya və ya özünütəcridin təzahürü ola bilər.

Baxımsız bağ və ya həyət. Neçə vaxtın olmamasından başqa, baxımsızlıq enerjinin və motivasiyanın çatışmamasından da xəbər verir. Xüsusilə, insan artıq açıq havada olmaqdan zövq almadıqda bu, narahatedicidir.

Boş soyuducu. Bu vəziyyət maliyyə çətinliklərini, eləcə də alış-veriş və yemək hazırlamağa gücün qalmaması ilə müşayiət olunan emosional yanmanı göstərə bilər. Alimlər xatırladırlar: qidalanmanın stabilliyi birbaşa psixi sağlamlıqla əlaqəlidir.

İş məkanının olmaması. Evdən işləyən, lakin xüsusi iş yeri olmayan insanlar istirahətlə iş arasında sərhədlərin pozulması ilə tez-tez üzləşirlər. Çarpayıdan və ya divandan işləmək stresi artırır və diqqəti azaldır.

Solmuş bitkilər. Ev bitkiləri məkanı "dirildir", onların məhv olması isə həm evə, həm də özünə qayğının azalmasını və tükənməni simvolizə edə bilər.

Bitməmiş işlər. Yarımçıq qalan işlərin yığılması özünü təşkil etməkdə çətinliklərdən və daxili motivasiyanın aşağı olmasından xəbər verir.

Daimi fon səsi. Televizorun və ya musiqinin fasiləsiz səslənməsi sükutdan və öz düşüncələrindən qaçmaq cəhdi ola bilər. Bu davranış tez-tez gizli narahatlığı ört-basdır edir.

Ağırlıq verən atmosfer. Təkcə səliqəsizlik deyil, evin ab-havası da ruh düşkünlüyü yarada bilər. Solğun işıq, çəkilmiş pərdələr, təmiz havanın olmaması emosional olaraq "boğucu" mühit yaradır.

Açılmamış məktublar. Toplanmış məktublar və ya hesablar çox vaxt narahatlıq, problemlərdən qorxu və ya ən sadə hərəkətləri belə etməyə gücün qalmadığını göstərir.

Xroniki səliqəsizlik. Dolmuş şkaflar, səpələnmiş əşyalar və ümumi xaos çox vaxt yorğunluqdan, həddindən artıq yüklənmədən və ya daxili münaqişələrdən xəbər verir.

Mütəxəssislər vurğulayırlar: kiçik səliqəsizlik normaldır. Amma bu əlamətlər sistemli hal alarsa, onlar dərin stress, depressiv meyillər və ya çətin həyat şəraitindən xəbər verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 832   Tarix: 24 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO

Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid

18 sentyabr
.

Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild

15 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr