Azərbaycanda bu meyvə "yoxa çıxdı" – BİLİNMƏYƏN SƏBƏBLƏR
Son illər bazarlarda narıncı mandarinlərə az rast gəlirik. Adətən bu cür sitrus meyvələrinin yaşıl rəngli növü satışa çıxarılır. Bu vəziyyət alıcıların marağına səbəb olur və müəyyən suallar doğurur.
Mandarinlərin rənginin dəyişməsi təsadüfi haldır, yoxsa elmi izahı var?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu, bir çox subtropik və tropik bölgələrdə müşahidə olunan tendensiyadır:
"Sitrus meyvələrinin narıncı rəng alması, əsasən temperatur fərqi və işıq şəraiti ilə bağlıdır. Meyvələr yetişdikcə onlara yaşıl rəng verən xlorofil günəş şüalarının təsiri altında tədricən parçalanır. Xlorofil azaldıqca, onun altında yerləşən və narıncı rəng verən karotenoidlər daha aydın görünür. Narıncı rəngin tam formalaşması üçün gecə temperaturun 12-15°C civarında olması vacibdir. Bu şərait xlorofilin parçalanmasını sürətləndirir. Əksinə, gecələr isti keçdikdə, yaxud temperatur fərqi az olduqda, xlorofil parçalanmır və meyvə yaşıl qalır".
Ekspert bildirib ki, subtropik bölgələrimizdə qış aylarının mülayim keçməsi və gecə temperaturun kifayət qədər aşağı düşməməsi mandarinlərin yaşıl olaraq qalmasına gətirib çıxarır:
"Lakin bu hal dad və şirinliyə təsir etmir, fərq yalnız xarici görünüşdədir. Belə vəziyyəti kənd təsərrüfatı baxımından "məhsul keyfiyyətinin aşağı düşməsi" kimi qiymətləndirmək düzgün deyil. Bəzən fermerlər və idxalçılar da yaşıl qala bilən sortları bazara çıxarırlar. Bu meyvələr tam rəng almadan yığılır, saxlanması və daşınması asan olur, bazarda daha uzun müddət təzə qalır, çürümə riski azalır. Meyvənin rənginə az da olsa pestisid, gübrə, yığım vaxtı və günəş işığı kimi amillər də təsir edə bilər. Yekun olaraq, bazarlarda rast gəlinən yaşıl mandarinlər əsasən iqlim dəyişiklikləri və yetişdirmə metodları ilə bağlıdır".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1039 Tarix: 26 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabr