Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür

Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşürEnerji mütəxəssisləri bildiriblər ki, evdə ən çox elektrik sərf edən iki məişət cihazı var və həftədə yalnız iki gün bu cihazlardan imtina etmək belə elektrik qəbzini yarıbayarı azalda bilər.

Milli.Az xəbər verir ki, paltaryuyan və qab yuyan maşınlar evlərdə ən çox elektrik enerjisi sərf edən cihazlardır.

Enerji istehlakına nəzarət üzrə ekspert Alice Beer, "This Morning" proqramında evlərdə enerji qənaəti üçün bir sıra faydalı məsləhətlər paylaşıb. O, xüsusilə paltaryuyan maşınla bağlı vacib xəbərdarlıq edib:

"Paltaryuyan maşını heç vaxt yarım dolu halda işlətməyin. Tam dolu yuma rejimi, iki yarım yuyulmadan daha az enerji sərf edir."

Beer bildirib ki, tam dolu yuma rejimi ilə işləmək həm suya, həm enerjiyə qənaət edir.

O, həmçinin bişirmə zamanı da enerji qənaətinin mümkün olduğunu vurğulayıb.

"Əgər mümkündürsə, qaz sobası yerinə mikrodalğadan istifadə edin. Mikrodalğa daha az enerji sərf edir və daha sərfəlidir," - deyə Beer bildirib.

Beer-in sözlərinə görə, bəzi elektrik cihazları istifadə olunduğu vaxta görə fərqli tariflərlə işləyir.

Bu səbəbdən, cihazları pik saatlardan (axşam 18:00-20:00 arası) kənarda işlətmək gözləniləndən daha çox qənaət təmin edə bilər.

"Aşağı tariflərə keçməyi düşünün. Hamımız axşam saat 6-8 arası kimi sıx vaxtlarda enerjidən daha az istifadə etməyə çalışmalıyıq," - deyə o, əlavə edib.

Qab yuyan maşını bu saatlarda işlətməyin

Beer, yeməkləri bir az daha tez və ya gec bişirməyin belə enerji qənaəti üçün faydalı ola biləcəyini söyləyib.

Xüsusilə qab yuyan maşının axşam 6-8 arası işlədilməməsini tövsiyə edib.

O, həmçinin su və istilik qənaəti üçün evdəki termostatların düzgün tənzimlənməsinin vacibliyini vurğulayıb:

"Qazan və su isitmə sistemlərinin fərqli termostat rejimlərinə diqqət edin. Bu da enerji sərfini azalda bilər."


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1126   Tarix: 01 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr