Maşın açarınızı aliminium folqaya bükün - SƏBƏB

Maşın açarınızı aliminium folqaya bükün - SƏBƏBSon vaxtlar oğurluq texnikalarının inkişafı ilə bağlı təhlükəsizlik mütəxəssisləri avtomobil sahiblərini sadə, lakin təsirli bir tədbirə çağırır: təmasız (keyless) açarları aliminium folqaya bükmək və ya siqnal bloklayan xüsusi torbalarda saxlamaq.

Milli.Az xəbər verir ki, təhlükəsizlik yoxlamaları və sahə tədqiqatları göstərir ki, aliminium folqa açarın yayılan radio siqnalını zəiflədir. Bu da oğruların siqnalı ələ keçirib gücləndirmə (relay attack) yolu ilə maşının qapılarını açmaq və mühərriki işə salmaq cəhdlərini çətinləşdirir.

Mütəxəssislər son illərdə siqnal gücləndirici cihazlar vasitəsilə avtomobil oğurluqlarının çoxaldığını bildirir. Oğrular açarla avtomobil arasındakı rabitəni ələ keçirib kopyalayaraq maşını rahatlıqla götürə bilirlər. Folqa isə bu tip hücumlara qarşı əlavə maneə yaradır.

Avtomobil oğurluqlarının artması narahatlıq doğurur: məsələn, 2024-ün ilk yarısında İspaniyada və 2023-2024 dövründə Birləşmiş Krallıqda minlərlə oğurluq hadisəsi qeydə alınıb. Mütəxəssislər texnologiyanın yayılmasını bu artımın əsas səbəbi hesab edir.

Mütəxəssislər aliminium folqanı ucuz və praktik əlavə qoruma hesab etsələr də, tək tədbir kimi kifayət etməyəcəyini vurğulayır. Tövsiyə edilən digər tədbirlər:

immobilizerin müntəzəm yoxlanılması;
güclü siqnalizasiya sistemi;
mexaniki sükan kilidi;
GPS izləmə cihazı quraşdırılması.
Eyni zamanda açarların evdə qapı və pəncərə kənarlarından uzaqda, metal qutuda və ya xüsusi siqnal bloklayan (Faraday) torbada saxlanması daha təhlükəsiz sayılır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2949   Tarix: 02 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?

Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri

4 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr