"Artıq bu hal əndazədən çıxıb"

"Artıq bu hal əndazədən çıxıb"Aktrisa Aydan Axundzadə marketlərdə kassanın qarşısında sıranı pozanlardan şikayətçidir.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib. O, adətən sıranı pozan şəxslərin yaşlı xanımlar olduğunu vurğulayıb:

"Marketlərdə kassalarında qarşısında dayanan şəxlərdən şikayətim var. Bu, dəfələrlə yaşanır deyə, artıq məndə qıcıq yaradır. Sıra mənə çatanda qarşıma keçib, mənim sıramı pozan, üzr istəmədən, icazə almadan, heç üzümə də baxmayan insanlardan 10 nəfərindən 10-da yaşlılardır. Yəni, yaşı 65-dən yuxarı olanlar. Kassirlər bunun qarşısını alamağa çalışırlar, amma mənim daxili mədəniyyətim, tərbiyəm imkan vermir. Ola bilər yaşlı insandır, ayaqları və ya harasısa ağrıyır, gecikir, hamımız gecikirik, ya da gözləyəni var. Amma bu hal əndazədən çıxmağa başlayıb. Bu günə qədər gənclərdən, uşaqlardan və ya öz yaşıdlarımdan belə bir hərəkət görməmişəm. Bu yaxınlarda da belə bir hal baş verdi. Yaşı 70 olan bir xanım idi. Sıramı pozdu, amma kassir ona dedi ki, sizdən əvvəl xanım var. Həmin qadın dönüb məni süzdü və de ki, "eybi yox, cavandır, gözləyər, borcudur". Bunu söyləyib səbətini qoyub işinə davam etdi. Kassir üzümə baxdı ki, nə reaksiya verirəm. İşarə etdim ki, eybi yox. Durub nənəm yaşında bir insanla mübahisə etmək mənə yaraşmazdı. Amma nədənsə, həmin xanım bunu özünə yaraşdırdı. Dəfələrlə olub ki, səbətim dolu olub, məndən sonra gələn 1-2 məhsuluna görə, xahiş edib ki, tələsirəm, demişəm, heç bir problem yoxdur. İcazə alan, sıranı gözləyən gənc nəsildir. Amma nədənsə, yaşlı nəsil gənclərin tərbiyəsindən şikayət edir".

Qeyd edək ki, Aydan aktyor İbrahim Çingizlə ailəlidir. Cütlüyün bir övladı var.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 873   Tarix: 02 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr
.

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi

Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb. "Bakupost"a istinadla xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib. O, vəziyyətinin yaxşı olmadığını qeyd edərək izləyicilərindən onun üçün dua etmələrini istəyib. "Hazırda Mərkəzi Klinikadayam

6 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20 sentyabr
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr
.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə

21 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr