Ədəbiyyatın şəfa gücü: Kitablarla sağalmaq mümkündürmü?

Ədəbiyyatın şəfa gücü: Kitablarla sağalmaq mümkündürmü?İnsan ruhu zaman-zaman qaranlığa bürünür. Daxili boşluqlar, keçmişin ağrıları, gələcək narahatlıqları və həyatın amansız ritmi psixoloji tarazlığı pozur. Belə anlarda bəzi insanlar musiqiyə, bəziləri təbiətə, bəziləri isə kitablara sığınırlar. Bəs kitablar sadəcə əyləncə və ya məlumat mənbəyi deyil, eyni zamanda bir "şəfa vasitəsi" ola bilərmi? Bu sual bizi ədəbiyyat terapiyası adlı unikal və getdikcə daha çox diqqət qazanan bir sahəyə aparır.

Ölkə.az "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

Ədəbiyyat terapiyası nədir?

Ədəbiyyat terapiyası - insanın emosional və psixoloji problemlərini müalicə etmək məqsədilə ədəbiyyatdan istifadə olunan bir terapiya növüdür. Burada məqsəd insanların kitablar vasitəsilə öz hislərini tanıması, anlaması və ifadə etməsidir. Bu terapiya fərdi və ya qrup şəklində aparıla bilər. Peşəkar psixoterapevt və ya biblioterapevt tərəfindən yönləndirilir.

Kitablar insanın daxili dünyasına pəncərə açır. Onlar yaşanmış və yaşana biləcək hislərin, mübarizələrin, itkilərin, sevinclərin daşıyıcılarıdır. Bir romandakı qəhrəman bəzən bizim yaşadığımız ağrını, qorxunu, həsrəti yaşayır və bu zaman biz tək olmadığımızı anlayırıq. Empatiya qururuq, anlayırıq, qəbul edirik.

Mütaliə zamanı nə baş verir?

Oxucu personajlarla emosional bağ quraraq özünü dünyada tək hiss etmir. Nəticədə tənhalıq duyğusu azalır. Bəzən kitabdakı bir dialoq və ya təsvir insanın öz duyğularını anlamağa səbəb olur. Bunun nəticəsində isə insan özünü anlamağa başlayır. Daha sonra duyğuların emalı prosesi başlayır: Hiss edilən, lakin izah edilə bilməyən duyğular kitab vasitəsilə "şifrələnir". Xoş sonluq və ya qəhrəmanın inkişafı oxucuda ümid yaradır.

Ədəbiyyat terapiyasının yalnız oxumaqla deyil, yazmaqla da əlaqəli olması onun gücünü artırır. İnsan öz düşüncələrini, xatirələrini, xəyallarını kağıza tökdükcə onları daha obyektiv görməyə başlayır. Bu, həm bir növ "ruhi rahatlanma", həm də daxili səsin tanınması prosesidir. Necə deyərlər, əgər içindəki hekayəni danışmasan, o, səni susduracaq.

Ruhun sığınacağı

Ədəbiyyatşünas Mətanət Vahid deyir ki, illər öncə "Ədəbiyyat - alternativ dünyadır" yazarkən, əsasən, özünün və çevrəsindəki insanların təcrübəsindən çıxış etmişdi: "Bütün susduqlarını bədii mətnlərdə tapmaq, onlarla dialoqa girmək, həmsöhbət olmaq ayrı dünya gerçəklərinə sığınmaq deməkdir. Bəli, bu mənada, ümumiyyətlə sənət, o cümlədən ədəbiyyat terapiyadır. Burada məsələ bədii mətndə nəyi aradığından və necə oxumaqdan çox asılıdır: kitabda sadəcə yeni informasiya və ya öz oturuşmuş fikirlərinin təsdiqini arayırsan? Yoxsa qarşında sənə tanış olmayan, tamamilə yeni suallara veriləcək cavablara hazırsan? Fikir versək, yaxşı oxucular əksər hallarda özləri də sonradan yazmağa meyillənirlər - üzə çıxarsalar da, çıxarmasalar da. Yazıçı üçün yazmaq, ilk növbədə, mənəvi ehtiyacını təmin etməkdir, yaxşı oxucu üçün də mütaliə ehtiyacdır - mənəvi doymaqdır. Musiqi dinləmək, film izləmək, rəsmlərə, heykəllərə baxmaq, bədii ədəbiyyat oxumaq - hamısı ruhun ehtiyacıdır, dolayısı ilə terapiyadır. Burada bir möcüzə-filan aramağa gərək yoxdur. Psixologiyada "biblioterapiya" sahəsinə görə, terapevtlər müəyyən vəziyyətlərdə çətin suallara cavab tapmaq, doğru qərar vermək məqsədilə pasiyentə konkret əsərlər oxumağı tövsiyə edirlər. Onsuz da psixologiya insanı dəyişmir, özünə tanış olmayan tərəflərini özünə tanıtmağa dəstək olur - biblioterapiya da bu dəstəyin vasitələrindən biridir".

"Dərmanla sağalmayanı bir sözlə sağaltmaq olar"

Şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs də ədəbiyyat terapiyasına inanır: "Dünyada ən çox oxunan 10 kitabın siyahısına rast gəlmişdim. Ürəyim ağrımışdı. Ən çox oxunan kitabların siyahısında birinci yerdə "Qurani-Kərim" idi. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, qalan doqquz kitab da bədii ədəbiyyat deyildi. Onlar arasında bədii ədəbiyyata bir az yaxın olan ancaq Freydin bir kitabı vardı. Qalanları əsasən siyasi, dini, iqtisadi ədəbiyyat idi. Ədəbiyyatdan danışanda bizə elə gəlir ki, insan birinci poeziyaya, prozaya köklənməldir. Halbuki ədəbiyyat palitra etibarilə çoxşaxəlidir. Texniki, iqtisadi, siyasi, tibbi və s. ədəbiyyat da var axı. Amma terapiya üçün düşünürəm ki, ilk onluqda olmayan bədii ədəbiyyat başda gəlməlidir. Yəni heç bir kimyagərin dərmanla sağalda bilmədiyi bir xəstəliyi çox asanlıqla, bir sözlə, bir fikirlə sağaltmaq olar. Məsələn, Çarlz Bukovski deyirdi ki, dostsansa, yanımda, düşmənsənsə, qarşımda, ortada fırlanacaqsansa, məndən kənarda dur. Çox kiçik bir deyimdə fizika da, metafizika da, siyasət də, iqtisadiyyat da, elə sizin axtardığınız terapiya da var".

Bizi bizə qaytarır

Ədəbiyyat ruhun dilidir. Psixoloji yaraların sağalması üçün bəzən nə dərman, nə də məsləhət yetərli olur. İnsan sadəcə anlaşılmasını və hislərinə güzgü tutulmasını istəyir. Ədəbiyyat da bunu edir - səssiz, lakin çox dərin bir şəkildə.

Ədəbiyyat terapiyası bizə göstərir ki, kitablar sadəcə kağız və mürəkkəb deyil, bir növ psixoloji güzgüdür. Onlar bizi bizə qaytarır, parçalanmış duyğuları birləşdirir və bəzən heç kimin bacarmadığı şəkildə sağaldır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 629   Tarix: 03 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

15 sentyabr
.

Gözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma

Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər

17 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr