Turistlərə səyahət zamanı formada qalmaq üçün 3 "qızıl" məsləhət
İstirahət zamanı fiziki aktivliyi qorumaq üçün mütləq dolu idman zallarında vaxt keçirmək lazım deyil. Əsas odur ki, bədən hərəkətdə qalsın və gündəlik aktivlik tamamilə unudulmasın.
Lent.az bu 3 qızıl məsləhəti təqdim edir:
İstirahətdə fiziki aktivlik niyə azalır
Səyahət zamanı bir çox turistlər adi vərdişlərindən uzaqlaşır, xüsusilə də fiziki fəaliyyət baxımından. Yeni yeməklər, istirahət, uzun gəzintilər və qeyri-sabit rejim nəticəsində orqanizm artıq çəki və yorğunluq hiss edə bilər.
Səyahət eksperti Şarlotta Maratsina Lonely Planet üçün hazırladığı bloqda turistlərə bədən formasını qorumaq üçün üç sadə, amma effektiv üsul təqdim edib.
1. Ənənəvi idman və fəaliyyət növlərində iştirak edin
Ekspert səyahət etməzdən əvvəl seçilən ölkənin mədəniyyətinə aid idman və fiziki məşğələlər haqqında məlumat toplamağı tövsiyə edir.
O, öz təcrübəsindən nümunə gətirir:
"Vyanada dostumla birlikdə vals dərsinə yazıldıq. Sadə rəqs dərsi kimi görünsə də, bu, həm fiziki, həm də mədəni cəhətdən çox intensiv təcrübə idi. Biz bir saatlıq məşğələdə həm tər tökdük, həm də şəhərin dəyərlərini yaxından tanıdıq. Eynilə, Yaponiyada dostum sumo məşqi, Hindistanda isə dörd saatlıq yoga təcrübəsində iştirak etmişdi".
Belə fəaliyyətlər yalnız bədəni hərəkətdə saxlamır, həm də yerli mədəniyyəti, tarix və dəyərləri daha dərindən anlamağa kömək edir.
2. Qısamüddətli və fərdi tədbirləri axtarın
Dünyanın bir çox şəhərlərində, xüsusilə turizm mövsümündə, yerli təşkilatçılar birdəfəlik idman tədbirləri keçirirlər məsələn, SUP-yoga, səhər qaçışları və ya yürüş turları. Bəzən bu tədbirlər hostellər və ya otellər tərəfindən də təşkil olunur. Şarlotta belə tədbirləri tapmaq üçün Eventbrite və Meetup kimi tətbiqlərdən istifadə etməyi və kafelərdəki elan lövhələrinə diqqət yetirməyi məsləhət görür.
O, öz təcrübəsindən danışır:
"Malaqada tək səyahət edərkən Caminito del Rey yürüşündə iki alman qızla tanış oldum. Gülməli qoruyucu dəbilqələrimiz bizi yaxınlaşdırdı və növbəti iki günü birgə keçirdik".
Bu cür tədbirlər həm fiziki aktiv qalmaq, həm də yeni dostlar qazanmaq üçün əla fürsətdir.
3. Nəqliyyatdan imtina edin və yerli idman zallarını sınayın
Ekspertin fikrincə, fiziki formanı qorumağın ən sadə yolu mümkün qədər piyada gəzmək və ya velosiped sürməkdir.
"Londonda yaşadığım və Nyu-Yorka gəldiyim vaxtlarda, vaxtım imkan verəndə hər yerə piyada gedirəm. Şəhərin insanlarını və ab-havasını hiss etməyin ən gözəl yolu budur. Eyni zamanda, gələcəkdə getmək istədiyim restoran və kafeləri də belə tapıram", - Şarlotta bildirir.
O, yeni şəhərlərdə pulsuz sınaq məşğələləri təklif edən idman zallarına yazılmağı da məsləhət görür.
"Londona köçəndə müxtəlif idman növlərini sınadım pilates, krosfit, boks, hətta tverkinq dərslərində də olmuşam", - o əlavə edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 606 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabr