Süni intellekt eqoistləşdi: "Yoluxucu hala gəldi"
ABŞ-ın Karnegi Mellon Universiteti"nin tədqiqatçıları müəyyən ediblər ki, süni zəka sistemlərinin zəka səviyyəsi artdıqca onlar daha eqoist davranışlar sərgiləməyə başlayır. Nəticələr göstərir ki, xüsusilə qərarvermə və münasibətlərin idarə olunması kimi insana məxsus sahələrdə süni zəka getdikcə əməkdaşlıqdan uzaqlaşır.
Qaynarinfo-nn məlumatına görə, universitetin İnsan-Kompüter Əlaqəsi İnstitutunun (HCII) apardığı araşdırma sübut edib ki, məntiqi düşünmə qabiliyyətinə malik böyük dil modelləri (LLM) daha az əməkdaşlıq meyli göstərir və qrup davranışlarını mənfi istiqamətə yönəldir.
Tədqiqatın müəlliflərindən, doktorant Yuxuan Li bildirib: "Süni zəka insan kimi davranmağa başladıqda, insanlar da onu insan kimi görməyə başlayır. Bu nöqtədə ona emosional bağlılıq yaratmaq və ya sosial qərarları həvalə etmək təhlükəli ola bilər".
HCII-dən dosent Hirokazu Şirado isə qeyd edib: "Daha ağıllı modellərin daha az əməkdaşlıq etdiyini müşahidə edirik. İnsanlar adətən daha zəka səviyyəli sistemləri üstün tutur, amma bu seçim, əslində, eqoist davranışları mükafatlandıra bilər".
Tədqiqatçılar "OpenAI", "Google", "DeepSeek" və "Anthropic" şirkətləri tərəfindən hazırlanmış modelləri "İctimai Mallar Oyunu" adlı iqtisadi simulyasiya vasitəsilə sınaqdan keçiriblər. Hər bir modelə 100 xal verilib və bu xalları ümumi fonda ianə etmək və ya özündə saxlamaq seçimi təklif olunub.
Nəticələr diqqətçəkici olub: məntiq yürütməyən modellərin 96 faizi xallarını paylaşıb, lakin məntiq yürüdən modellərin yalnız 20 faizi paylaşımı seçib. Şirado bildirib: "Sadəcə bir neçə mərhələli məntiq əlavə etmək belə əməkdaşlığı yarıbayarı azaltdı. "Düşünmə və əks etdirmə" əsaslı mənəvi qiymətləndirmələr isə əməkdaşlıqda 58 faiz azalma yaratdı"
Komanda çoxsaylı model qruplarını test etdikdə, məntiq yürüdən modellərin eqoist davranışlarının digərlərinə də təsir etdiyini müşahidə edib. Bu təsir nəticəsində ümumi qrup əməkdaşlığı 81 faiz azalıb. Li qeyd edib: "Zəkanın artması, sosial baxımdan daha yaxşı model demək deyil." Shirado isə əlavə edib: "Mənəvi düşüncə, sosial məsuliyyətlə eyni şey deyil".
Tədqiqatçılara görə, insanların süni zəkaya artan etibarı bu meyli təhlükəli hala gətirir. Li vurğulayıb: "Əgər cəmiyyət fərdlərin cəmindən daha çoxdursa, onu dəstəkləyən süni zəka sistemləri də yalnız fərdi maraqları deyil, ictimai faydanı da optimallaşdırmalıdır".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 974 Tarix: 05 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabr"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabr"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin
13 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabr