Məişət texnikasını 1 həftə elektrik olmadan işlədən cihaz
Almaniyada Dortmund Tətbiqi Elmlər və İncəsənət Universitetinin tələbələri elektrik şəbəkəsinə qoşulmadan bir neçə gün ərzində avtonom rejimdə işləyə bilən innovativ mobil enerji treyleri hazırlayıblar.
Lent.az xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat verilib.
Layihə təxminən 4 kilovat gücündə günəş panellərini, 2,5 kilovat gücündə hidrogen yanacaq elementini və akkumulyator batareyalarını özündə birləşdirir. Bu texnologiya vasitəsilə treyler həm məişət avadanlıqlarını, həm də daxili soyuducu kameranı enerji ilə təmin edə bilir. Sistem xüsusi proqram təminatı ilə təchiz olunub və bu proqram bütün komponentlərin işinə daimi nəzarət edərək təhlükəsizliyi və sabitliyi qoruyur.
Tələbələrin sözlərinə görə, əsas çətinlik müxtəlif enerji sistemlərinin eyni vaxtda koordinasiyasında olub. Hazırda treylerin karkası universitetin emalatxanalarında yığılır, elektron modullar, o cümlədən batareyalar və yanacaq elementi artıq sınaqdan uğurla keçib və quraşdırılmağa hazırdır.
Gözlənilir ki, eTrail-Ing layihəsi 2026-cı ilin sonuna qədər tam istifadəyə veriləcək.
Treylerin əsas xüsusiyyətləri:
Avtonom işləmə müddəti: 7 günə qədər
Yanacaq elementi: 2,5 kVt
Günəş panelləri: 3,915 kVt
Soyuducu/qızdırıcı kamera həcmi: 6,76 m³
Temperatur aralığı: +4 °C-dən +20 °C-yə qədər
Qoşulma imkanları: 230 V rozetka və USB enerji portları
Bu yenilik xüsusilə ucqar ərazilərdə və çətin sahə şəraitlərində avtonom enerji təminatı üçün böyük rahatlıq yaradacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 678 Tarix: 06 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrQəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Yaxşı bir bifştek bişirmək sadəcə düzgün ət seçməkdən ibarət deyil. Ətin tavaya və ya manqala dəydiyi andan etibarən nə qədər müddət bişirilməsinə qədər bir çox detal alınacaq nəticənin dadına və toxumasına təsir edir. Uzun illərdir qəssablıq edən Rob Levitt bifştekin daha nəzarətli və stabil şəkild
3 oktyabrToyda bəyin sevinci diqqət çəkdi - VİDEO
Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb. xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb. Sevincini gizlədə bilməyən bəyin hərəkətlər
3 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrHər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist
30 sentyabr