Çində reaktiv bel çantası uğurla sınaqdan keçirilib
Çjetszyan Universiteti nəzdindəki Xuçjou Tədqiqat İnstitutunun "JetRob" mühəndislər komandası insanın havada hərəkət etməsinə imkan verən reaktiv bel çantasını uğurla sınaqdan keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb.
Mühəndis Tszyao Botszin bildirib ki, pilot bu fərdi uçuş aparatını idarə edərkən saatda 100 kilometrə qədər sürət yığa bilər.
"Bel çantasının hazırlanması üç-dörd il, sınaqları isə iki il çəkib, bu aparat bizim ən mükəmməl sistemimizdir", - deyə o bildirib.
Beş reaktiv mühərriklə təchiz edilmiş cihazın yanacaq çənləri bel çantasının hər iki tərəfində yerləşdirilib. Çantanın yanacaqsız çəkisi 31 kiloqram, yanacaqla 46 kiloqramdır. Pilot havada üç-beş dəqiqə qala bilir. Aparat yer səthindən 2 metrdən çox yüksəkliyə qalxır. O, dəniz səviyyəsindən 1 500 metr yüksəklikdə yerləşən yerlərdə istifadə edilə bilər.
Tszyao Botszinin sözlərinə görə, velosiped sürmək kimi, bel çantasını da təhlükəsiz və rahat idarə etməyi öyrənmək üçün müəyyən vaxt lazımdır. Gələcəkdə bel çantası təhlükəli və çətin keçilən yerlərdə humanoid robotlar tərəfindən idarə oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 869 Tarix: 06 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabr