Astarada naringi ağaclarda çürüyür: Səbəb nədir?
Astarada naringi ağaclarda çürüyür.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Vahid Məhərrəmli bildirib.
O, Astarada naringi istehsalçılarının növbəti dəfə ciddi problemlərlə qarşılaşdığını bildirib:
"Naringi meyvələri xırda olmaqla məhsuldarlığı kəskin şəkildə aşağı düşüb. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün naringiyə təlabat xeyli azalıb. Kəndlərdə saxlama kameraları olmadığına görə, məhsul ağaclarda qalıb çürüyür. 2018-ci ildə "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Qəbul edilmiş dövlət proqramının icra müddəti 2024-cü ildə başa çatıb. Sənəddə qeyd edilib ki, "Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur". DSK-nın məlumatlarına əsasən apardığım hesablamalar gstərdi ki, 2024-cü ildə sitrus meyvələrinin istehsal həcmi 85 min ton təşkil etmişdir. Bu da dövlət proqramında nəzərdə tutulduğundan 15 min ton, yəni 15% azdır".
İqtisadçının fikirincə, bu araşdırmalar onu deməyə əsas verir ki, dövlət proqramının qəbulundan sonra sitrus bitkilərinin məhsuldarlığını artırmaq və əvvəlki səviyyəyə çatdırmaq mümkün olmayıb:
"Belə ki, limonun məhsuldarlığı 2000-ci ildə hər hektardan 163,7 sentner olduğu halda, 2024-cü ildə bu göstərici 50,6 sentner azalaraq 113,1 sentnerə düşüb. Son 10 il ərzində feyxoanın məhsuldarlığı 139,5 sentnerdən 112,4 sentnerə, naringinın məhsuldarlığı isə 270,9 sentnerdən 229,9 sentnerə düşüb. Portağalın məhsuldarlığı 20 il əvvəl 257, 8 sentner təşkil etdiyi halda, 2024-cü ildə 105,4 sentner azalaraq 152,4 sentnerə enib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1979 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm
7 mayQusarda məşhur şadlıq sarayı BAĞLANDI
Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliy
7 may"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı (FOTO)
Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktları
7 mayMetro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...
"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas
7 mayBu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqəda
6 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 mayİranda "İsa Məsih" TUTULDU
İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha
6 may