Sarkozinin həbsxanada yalnız yoqurt yeməsinin SƏBƏBİ BİLİNDİ
Fransanın sabiq prezidenti, Parisdəki "Sante" həbsxanasında saxlanılan Nikolya Sarkozi oradakı yeməklərindən imtina edir və yalnız yoqurtla qidalanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Point" qəzeti yazıb.
"O, bir çox məhbusların onu sevmədiklərini başa düşdüyü üçün kamerasına gətirilən yeməklərin qəbulundan imtina edir", - deyə nəşr yazır.
Bildirilir ki, Sarkozi məhbusların onun yeməyinə tüpürə və ya daha pis şeylər edə biləcəklərindən qorxur. Buna görə də oktyabrın 21-də həbsxanaya gətirildiyi gündən yalnız yoqurtla qidalanır. Sabiq prezident ərzaq almaqdan və özü üçün yemək bişirməkdən də imtina edir, çünki ümumiyyətlə yemək bişirməyi bacarmır.
Mənbənin məlumatına görə, Sarkozi hətta yumurta qaynatmağı belə bacarmır və prinsipial olaraq bunu etməyəcəyini bildirir.
Xatırladaq ki, Nikolya Sarkozi 2007-ci il prezident seçkisi kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz maliyyələşdirilməsi işi üzrə təqsirli bilinərək, beş il müddətinə həbs cəzasına məhkum edilib. Bu ilin oktyabrında həbsxanaya gətirilən Sarkozi son bəyanatında bildirib ki, sabiq prezidenti deyil, günahsız insanı həbsə atırlar.
Lakin Sarkozinin vəkilləri əmindirlər ki, o, Milad bayramına qədər azadlığa buraxılacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 848 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
Evdə daş kimi sərtləşən bayat çörəkləri sırf yeyilmir deyə zibilə atırsınızsa, böyük israf edirsiniz. Su ilə sadəcə bir neçə saniyədə tətbiq edəcəyiniz o gizli toxunuş sərtləşmiş çörəkləri sobadan təzə çıxmış kimi edir. Kran suyunun altına tutub sobaya atın. xəbər verir ki, çörəyin qurumuş çöl qabığın
9 avqustAilədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Nature Health" jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan ço
7 avqustMəşhur filmin bəstəkarı evində ölü tapıldı
Fransız DJ. və elektropop musiqiçisi, "Kavinski" kimi tanınan Vensan Belorje Parisdəki evində ölü tapılıb. xarici mediaya istinadla bildirir ki, 50 yaşlı sənətçinin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün prokurorluq araşdırmaya başlayıb. Təcili yardım əməkdaşları hadisə yerində şübhəli he
29 iyul55 saat dayanmadan üzüb tarix yazdı - Video
Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb. "Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahət
4 avqustÇağla sevgilisi ilə əl-ələ
Türk model Çağla Şıkel və sevgilisi Mertcan Tunca Çeşmedəki tətillərinə davam edirlər. OLAY yazır ki, ötən axşam gec saatlarda bir məkandan çıxan sevgililər Alaçatı küçələrində əl-ələ gəzərkən kameraların obyektivinə tuş gəliblər. Gülümsəyərək poza verən cütlük daha sonra avtomobillərinə minərək orada
29 iyulİtalyan moda ikonundan olay Türkiyə paylaşımı! - VİDEO
Dünyaca məşhur italiyalı moda ikonası Chiara Ferragni ailəsi ilə birlikdə istirahət üçün Türkiyənin Antalya şəhərinə səfər edib. O, tətil zamanı türk mədəniyyətinə aid ənənələri yaxından tanımaq imkanı qazanıb. xarici mediaya istinadla xəbər verir ki, Ferragni iki övladı, bacısı Francesca Ferragni v
31 iyulDondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
Yayın istisində bir çox insan evi kondisionersiz sərin saxlamağın sadə yollarını axtarır. Son vaxtlar geniş yayılan üsullardan biri isə dondurulmuş su butulkasından istifadə etməkdir. Bəs bu üsul doğrudanmı otağın temperaturunu aşağı salır?. xəbər verir ki, bu metod üçün sadəcə plastik (PET) butulka
2 avqustQarpızın üstünə buna görə daş qoyurlar
Çində bəzi fermerlərin yetişməkdə olan qarpızların üzərinə daş qoyması ilk baxışdan qəribə görünsə də, bu üsulun arxasında uzun illərdir tətbiq olunan maraqlı kənd təsərrüfatı təcrübəsi dayanır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gün ərzində günəş şüalarının təsiri ilə qızan daşlar istiliy
9 avqust