Maşın bazarında qiymətlər QALXACAQ

Maşın bazarında qiymətlər QALXACAQHökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri tətbiq edəcək. Qərara əsasən, gələn ildən idxal olunacaq yaşı 7-dən yuxarı olan benzin avtomobillərinin aksiz vergisi 1,5 dəfə, dizel mühərrikli avtomobillərinki isə 2 dəfə artırılacaq. Eyni zamanda, bu vaxta qədər müəyyən güzəştlər tətbiq olunan elektromobillər ƏDV-yə cəlb ediləcək, hibrid avtomobillər üçün isə mövcud vergi güzəştlərinin ləğvi nəzərdə tutulub.

Bu dəyişikliklərin avtomobil bazarında qiymətlərə, alıcı tələbinə və ümumilikdə bazarın dinamikasına mühüm təsir göstərəcəyi istisna olunmur. Qərar maşın bazarında bahalaşmaya da səbəb olacaqmı?

Sonxeber.az xəbər verir ki, modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, adətən hər ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər edilir və bu dəyişikliklər növbəti ildən qüvvəyə minir.

"Gələn ildən etibarən daxili yanma mühərrikli minik avtomobillərinə tətbiq olunacaq aksiz vergilərində mühüm dəyişikliklər nəzərdə tutulur. Hazırda qüvvədə olan qaydalara əsasən, idxal olunan avtomobillərin aksiz vergisi həm istehsal ilinə, həm də mühərrikin iş həcminə görə hesablanır. Əgər minik avtomobilinin istehsal ili 7 ildən yuxarıdırsa, benzin mühərrikli avtomobillər üçün bu göstərici 1.2 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 1.5 əmsalı ilə hesablanır.

Məsələn, yeni benzin mühərrikli avtomobil üçün aksiz vergisi 10 min manatdırsa, yaşı 7 ildən çox olan analoji avtomobil üçün bu məbləğ 12 min manata yüksəlir. Dizel mühərrikli avtomobil üçün isə eyni halda aksiz vergisi 15 min manat olur".

Hüquqşünasın sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq.

"Belə ki, yeni dəyişikliklərə əsasən 7 ildən yuxarı benzin mühərrikli avtomobillərin aksiz vergisi 1.2 deyil, 1.5 əmsalı ilə hesablanacaq, gələn ildən dizel mühərrikli avtomobillər üçün isə əmsal 1.5-dən 2-yə qaldırılacaq. Bu dəyişiklik nəticəsində yaşı 7-dən çox olan avtomobillərin aksiz vergisi 25-33 faiz civarında artacaq.

Eyni zamanda, hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər də gələn ildən dayandırılacaq. Bu isə o deməkdir ki, yanvarın 1-dən etibarən hibrid və köhnə avtomobillərin idxal rüsumları artacaq, nəticədə avtomobil bazarında qiymət artımı qaçılmaz olacaq".

Ekspert həmçinin bildirib ki, bu dəyişikliklərin əsas məqsədi köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, daha yeni və ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaqdır:

"Hökumət istəyir ki, 7 ildən çox istismar olunan avtomobillərin Azərbaycana gətirilməsi səngidilsin. Çünki bu avtomobillər artıq ekoloji baxımdan da, texniki cəhətdən də köhnədir. Yeni qaydalar daha çox kiçik mühərrikli, az yanacaq sərf edən, ekoloji təmiz, elektrik və hibrid avtomobillərin gətirilməsini təşviq edəcək".

Ekspert eyni zamanda vurğulayıb ki, bu dəyişikliklər avtomobil bazarında bir neçə istiqamətdə təsir göstərəcək:

"İlk növbədə ölkəyə ümumi avtomobil idxalı azala bilər. Bundan əlavə hibrid avtomobillərin payı azalacaq, elektrik avtomobillərin payı isə nisbətən artacaq. Həmçinin, daxili yanma mühərrikli, yeni və kiçik mühərrikli avtomobillərə marağın yüksələcəyi, ümumi qiymətlərdə isə artım müşahidə olunacağı gözlənilir".

Ə.Hüseynov vurğulayıb ki, idxal rüsumlarının qalxması avtomobilin ümumi satış qiymətinə də birbaşa təsir edir. Onun sözlərinə görə, bu ikinci əl avtomobillərin alqı-satqısında da bahalaşmaya səbəb olacaq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, hazırda ölkədəki minik avtomobili parkının 86 faizindən çoxunu yaşı 10 ildən yuxarı nəqliyyat vasitələri təşkil edir:

"Bu göstərici 2022-ci ilə aiddir və həmin dövrdə artıq ölkəmizin avtomobil parkı köhnəlmiş hesab olunurdu. Hibrid və elektrik avtomobillərə verilən güzəştlər bu parkın yenilənməsinə ciddi təkan verib. Eyni zamanda, taksi parklarının yenilənməsi istiqamətində də işlər görülürdü. Bundan başqa, yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə qadağalar tətbiq olundu və utilizasiya prosesi başlandı".

E.Əliyev hesab edir ki, yaşı 7 ildən yuxarı avtomobillərin aksiz dərəcəsinin artırılması da parkın cavanlaşmasına xidmət edəcək:

"Əgər təhlükəsiz və zəmanətli avtomobil istəyiriksə, onu rəsmi idxalçılardan almaq daha məqsədəuyğundur. Biz assosiasiya olaraq bunu tövsiyə edirik, lakin seçim, təbii ki, vətəndaşların öz ixtiyarındadır".

Onun sözlərinə görə, hazırda Azərbaycana yeni avtomobillər ən çox Çin, Koreya və Avropa ölkələrindən, ikinci əl avtomobillər isə Yaponiya, Koreya və ABŞ-dan gətirilir:

"Bu qaydalar bütün ölkələr üçün eynidir. Yəni, hibrid avtomobillərə verilən güzəştlər bitibsə, fərq etmir, avtomobil Avropadan, yaxud Asiyadan gətirilib. Əsas olan istehsal ili və mühərrik növüdür".

E.Əliyev sonda əlavə edib ki, 2026-cı ildən avtomobil idxalında yeni mərhələ başlayacaq. Köhnə və hibrid avtomobillərin baha başa gəlməsi bazarda qiymət artımı ilə müşahidə olunacaq, nəticədə elektrik mühərrikli və yeni nəsil avtomobillərin payı artacaq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1418   Tarix: 08 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021